Mindi Sterlinq

Mindi Sterlinq

Aktrisa

BİOQRAFİYA

Mindi Li Sterlinq - amerikalı aktrisa və yumoristdir. Daha çox “Ostin Pauers” casus komediya saqasında frau Farbissin rolu ilə tanınır. Mindi Li Sterlinq 11 iyul 1953-cü ildə Nyu-Cersi ştatının Paterson şəhərində doğulub. Atası komediyaçı anası rəqqasə olub. 13 yaşından aktyorluq sənətini öyrənir. Sterlinq karyerası ərzində yüzdən çox film və teleşouda iştirak edib. 1984-cü ildə tanınmış Los-Anceles truppası olan “The Grounglings”in üzvüdür. Kinokaryerasının zirvəsində “Ostin Pauers: Beynəlxalq sirli-insan”, “Ostin Pauers: Məni yoldan çıxarmış casus”, “Ostin Pauers: Qoldmember” kimi filmlərdə canlandırdığı antaqonist – Frau Farbissin rolu dayanır. Həmin rolun uğurundan sonra “Ölümcül gözəlçələr”  və “Qrinç – Milad oğrusu” kimi filmlərə dəvət alıb. Bundan başqa “Aykarli” , “Düşkün evdar xanımlar”, “Yüksək liqa” seriallarında oynayıb. Sterlinq Brayan Hensonl evli olub. Onların hazırda stendapçı kimi fəaliyyət göstərən bir oğlu var. 1998-ci ildə ona döş xərçəngi diaqnozu qoyulsa da, vaxtında aparılan müalicə nəticəsində xəstəliyə qalib gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B5%D1%80%D0%BB%D0%B8%D0%BD%D0%B3,_%D0%9C%D0%B8%D0%BD%D0%B4%D0%B8

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç