Ceyk Eybel

Ceyk Eybel

Aktyor

BİOQRAFİYA

Ceyk Eybel (Jake Abel) — amerikalı aktyordur. Daha çox “Flash of Genius”, “The Lovely Bones” filmləri və “Fövqəltəbii”, “Ehtiras anatomiyası” seriallarındakı rolları ilə tanınıb. Ceyk Abel 18 noyabr 1987-ci ildə ABŞ, Oyaqo ştatının Kanton şəhərində anadan olub. Valideynləri Mayk və Kim Abel, özündən böyük Şon adlı qardaşı var.  İlk rolunu Disney telekanalının “Ürəkdə buz” filmində alıb. Ardınca “Hədd” serialında, eynizamanda “Detektiv Raş”, “Hər şey tip-top, yaxud Zak və Kodinin həyatı”, “C.S.I.:cinayət yeri Mayami” seriallarında çəkilib. 2008-ci ilin oktyabrında Hemptonda keçirilən beynəlxlq kinofestivalında Ceyk “Flash of Genius” filmindəki roluna görə “Yeni ulduz” adına layiq görülür.2009-cu ildə Ceyk  rejissor Piter Ceksonun“The Lovely Bones” filmində Brayan Nelson rolunda Sirşa Ronan ilə birlikdə çəkilib. 2010-cu ildə “Persi Cekson və ildırım oğrusu” filmində Hermes rolunda çəkilib. Bu rola görə Loqan Lermanla birikdə  ən yaxşı döyüş kateqoriyasında MTV Movie Awards mükafatına layiq görülüb. “Fövqəltəbii” teleserialında Din və Semin doğma qardaşı rolunda çəkilib.  Ceykin yadda qalan işləri arasında “Persi Cekson və ildırım oğrusu”, “Qonaq”, “Mən dördüncü”, “Persi Cekson: Əjdaha dənizi”  fantastik filmləri yer tutur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B1%D0%B5%D0%BB%D1%8C,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BA

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç