Ketrin Biqelou
Rejissor, aktrisa
Ketrin Enn Biqelou – amerikalı kinorejissor, prodüser və aktrisadır. Elmi-fantastika, döyüş və qorxu film janrlarına üstünlük verir. İkiqat “Qızıl Qlobus” nominantı, BAFTA, Saturn, “Oskar” mükafatları laureatıdır. Müharibə mövzusunda olan “Hurt locker” filmin ona “Oskar” və BAFTA daxil olmaqla, onlarla müxtəlif kinofestivalların mükafatını qazandırıb. Eyni zamanda ən yaxşı rejissor nominasiyasında qalib gəlmiş (Oskar) ilk qadın kimi tarixə düşüb. Ketrin Biqelou 27 noyabr 1951-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Karlos şəhərində dünyaya göz açıb. Ailənin yeganə övladı olub. Atası boya fabrikində menecer işləyib, anası kitabxanaçı olub. Özü kinematoqrafiyaya gəlişindən əvvəl rəssam olub. Həmçinin bir müddəti Nyu-Yorkun Uitni muzeyində təqaüd əsasında tədqiqat işi aparıb. Kolumbiya universitetinin “Kino” proqramı üzrə məzunu olub. Orada kino nəzəriyyəsi və tənqidi üzrə ali təhsil alıb. Ketrin Biqleou tanınmış konseptualist Lourens Vaynerl və onun “İncəsənət və dil” kollektivi ilə işləyib. Özü də bir müddət Kaliforniya İncəsənət İnstitutunda dərs deyib. 1989-1991-ci illərdə tanınmış rejissor Ceyms Kemeronla evli olub. 1995-ci ildə böyük çəkdiyi “Qəribə günlər” trillerinə məhz keçmiş həyat yoldaşı Cemys Kemeron ssenari yazıb və prodüserlik edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B8%D0%B3%D0%B5%D0%BB%D0%BE%D1%83,_%D0%9A%D1%8D%D1%82%D1%80%D0%B8%D0%BD