Cey Fayəstoun 13 oktyabr 1956-cı ildə Kanadada anadan olub. Uşaqlığı Ontario əyalətinin Toronto şəhərində keçib. Hər iki valideyni yəhudidir. Altı övladlı ailənin üçüncü uşağıdır. Hemiltonun Makmaster Universitetində oxuyub. 1979-cu ildə kommersiya ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Toronto Universitetinin tələbəsəi Şerri Baradla evləndikdən sonra, mühasibat üzrə dərəcə alıb. Bir neçə ildən sonra Peat, Marwick, Mitchell and Co. mühasibat şirkətində işə düzəlib. Kinoda daha çox "60 nömrəli trass" (2002), "Yenidən işə salma" (1994), "Fanatik" (2001), "Onun adı Nikitadır" (1997-2001) film və serialları üzərində gördüyü işə görə tanınır. Karyerası ərzində 51 filmə prodüserlik edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jay_Firestone