Keti Stüart

Keti Stüart

Aktrisa

BİOQRAFİYA

Ketrin Enn Stüart 22 mart 1985-ci ildə Vankuverdə anadan olub. Uşaqlıqdan aktyorluq sənəti ilə maraqlanıb. Vankuver Gənclər Teatrının studiyasında dram təhsili alıb. Çox qısa zamanda təcrübə toplayıb, aktyorluğun incəliklərinə yiyələnib. İlk peşəkar rolunu Keti Stüart “Orca Bay Sports” reklam çarxında oynayıb. Mavi ekranlarda debütü “Poltergeyst: İrs” serialında baş tutub. Ardınca “Əlbir olanlar” (1997), “Məni qəşəngcə rənglə” (1996) filmlərində rol alıb. 1997-ci ildə “Kəskin hisslər” trillerində olduqca emosional rol oynayıb. 1998-ci ildə onun iştirakı ilə “Nadinc meymunun sərgüzəştləri” filminin çəkilişində iştirak edib. Daha sonra “Ulduz qapıları: SG-1” (1997-2007) elmi-fantastik serialında Kassandra rolunu oynayıb. Serialın aktyor heyətindən çox razı qalıb. Həmkarlarının ona qayğı ilə yanaşdığını ona qarşı mehriban olduqlarını, onun aktrisa olaraq püxtələşməsində əvəzsiz rol oynadıqlarını əmin edir. Stüartın Ted adlı kiçik qardaşı var. İngilis aktyor Stiven Uebbin ən yaxın dostudur. “Zaman çatı” (2003), “Naməlum adamlar 2” (2003), “O qadın, kişidir!” (2006) filmlərində oynadığı rollara görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D1%8E%D0%B0%D1%80%D1%82,_%D0%9A%D1%8D%D1%82%D0%B8 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç