Stiven Berkoff
Aktyor, ssenarist, rejissor, prodüser
Stiven Berkoff 3 avqust 1937-ci ildə İngiltərənin London şəhərində anadan olub. Alfred Berks adlı dərzinin və Polin adlı evdar xanımın övladı olub. Valideynləri Rumıniyadan mühacirət etmiş yəhudilər olub. 1948-1950-ci illərdə gimnaziyada oxuyub, daha sonra London Dram İncəsənət Akademiyasına daxil olub. Ali təhsil ocağını 1958-ci ildə bitirib. Stivenin aldığı təhsil həmin dönəmlər üçün kifayət qədər prestijli hesab olunsa da, aktyor bununla kifayətlənmək fikrində olmayıb. Ona görə Stiven Berkoff təhsilini davam etdirərək, Paris ali məktəblərindən birinə daxil olub, 1965-ci ildə məzun olub. Eyni zamanda Berkoff özünü aktyorluq sənətində sınamaq qərarına gəlib, uğurlu debütünüdən sonra çoxsaylı teatrların tamaşalarında çıxış edib. Əvvəl Şekspir, Edqar Alan Po, Kafkanın əsərləri əsasında qoyulmuş tamaşalarda çıxış edib. 1968-ci ildə Londonda şəxsi teatr truppasını yaradıb və öz yazdığı pyeslər əsasında müxtəlif tamaşalar qoyub. Sonradan Berkoffla kinoindustriya maraqlanmağa başlayıb. Öz dövrünün görkəmli kinematoqrafiya nümayəndələri İnqmar Berqman, Stenli Kubrik, Mikelancelo Antonioni, Piter Hayamsla əməkdaşlıq edib. Kinoda daha çox antoqonist obrazları – yaramazları, sadistləri və ya rüşvətxor məmurları canlandırıb. “Atilla –istilaçı” tarixi dramı onun ən uğurlu telelayihələrindən hesab olunur. Çəkiliş meydanında Cerrard Batler, Pauers But, Req Rocers kimi tanınmış aktyorlarla “çiyin-çiyinə” kamera önünə çıxıb. 2009-2011-ci illərdə “44 düym”, “İdeal həyat”, “Turist”, “Əjdaha döyməli qız” kimi reytinqli filmlərə çəkilib. Bundan başqa “Borciya” tarixi bioqrafik dramında qalmaqallı keşiş Cirolamo Savonarolanı oynayıb. Xarici görünüşünə görə, daha Hollivud və Avropa filmlərində rusiyalı antoqonist obrazlarını canlandırır. Başlıca olaraq "Səkkizayaqlı ilbiz” (general Orlov) və “Rembo: Birinci qan 2” (polkovnik Podovski) filmlərinə oynadığı rollarla yadda qalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D1%80%D0%BA%D0%BE%D1%84%D1%84,_%D0%A1%D1%82%D0%B8%D0%B2%D0%B5%D0%BD