Devid Förniş
Prodüser
Devid Förniş – kanadalı kinorejissor, kinoprodüser, ictimai xadimdir. Tanınmış müğənni Elton Conun həyat yoldaşıdır. Britaniyada eynicinslilərin nikahına icazə verilən qanunun qüvvəyə minməsindən sonra izdivaca daxil olublar. Förniş 25 oktyabr 1962-ci ildə Kanadanın Ontario əyalətinin Skarboro şəhərində anadan olub. Ser Con A.Makdonaldın ensiklopediya kollecini bitirib. Qərbi Ontario Universitetində “biznesin idarə edilməsi” (menecment) ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. İşi ilə əlaqədar Londona köçüb, 1993-cü ildə şənliklərdən birində gələcək həyat yoldaşı ilə tanış olub. Həmin vaxtdan birlikdə yaşayırlar. Devid Förniş Britaniya Kinematoqrafiya İnstitutunu bitirir və tezliklə film çəkməyə başlayır. “Elton John Aids Foundation” QİÇS-ə qarşı mübarizə fondunun idarə heyətinin üzvüdür. 25 dekabr 2010-cu ildə surroqat ananın köməkliyi ilə Zahari Cekkson Levon Förniş Con adlı oğlu dünyaya gəlib. 11 yanvar 2013-cü ildə eyni mayalandırma üsulu ilə Elayca Cozef Daniel Förniş-Con adlı ikinci oğlu doğulub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D1%80%D0%BD%D0%B8%D1%88,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4