Kelli Esböri
Rejissor, ssenarist, prodüser, rəssam
Kelli Esböri - amerikalı animasiya filmləri rejissoru, ssenarist, səsləndirmə aktyoru, uşaq və elmi populyar kitabların müəllifidir. Daha çox “Şrek 2” və “Qnomeo və Cülyetta” cizgi filmləri üzərində gördüyü işə görə tanınır. Kelli Esböri 15 yanvar 1960-cı ildə ABŞ-ın Texas ştatının Bomonte şəhərində dünyaya göz açıb. İki il ərzində Lamar Universitetində oxuyub, daha sonra 1980-ci ildə Kaliforniya İncəsnət İnstitutuna daxil olub, orda animasiya və kinofilmlər yaratmağı öyrənib. Kelli Esböri 1983-1995-ci illərdə “Walt Disney Animation Studios” şirkətində çalışıb, bir sıra animasiya filmləri o cümlədən “Su pərisi”, “Gözəlçə və Bədyehbət”, “ Oyuncaqların hekayəsi” cizgi filmləri üçün storibordların yaradılmasında iştirak edib. 1993-cü ildə Tim Börtonun “Milad ərəfəsində dəhşət” animasiya müziklinin yaradılmasında quruluşçu rəssamın köməkçisi olub. 1995-ci ildə “DreamWorks” studiyasında işə düzəlib. “Spirit: Preriyaların ruhu” (2002) və “Şrek 2” (2004) cizgi filmlərinin rejissoru olub. Ən yaxşı cizgi filmi nominasiyasında “Oskar” mükafatına namizəd olub. Rejissorluqla yanaşı “Şrek 2” və “Şrek 3” də bəzi personajların səsləndirilməsində iştirak edib. “Qnomeo və Cülyetta” cizgi filmləri üzərində gördüyü işə görə iki “Enni” mükafatına namizəd olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D1%81%D0%B1%D0%B5%D1%80%D0%B8,_%D0%9A%D0%B5%D0%BB%D0%BB%D0%B8