Kadim Hardison
Aktyor
Kadim Hardison 24 iyul 1965-ci ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Bruklində boya-başa çatıb. Atası əntiq əşyaların tanınmış dəllalı Donald Makfadden olub. Anası onun agenti olub və aktyorluq karyerasını qurmaqda Kadimə kömək edib. 1997-ci ildə populyar müğənni Şante Murla ailə qurub. İzdivacdan bir il əvvəl Sofiya adlı qızları doğulub. 2000-ci ildə rəsmi olaraq boşanıblar. 1984-cü ildə Kadim “Bit Strit” adlı filmdə ilk böyük ekran rolunu alıb. Televiziyada isə başlıca olaraq populyar və uzunömürlü “Kosbi Şou” sitkomunda oynadığı rolla yadda qalıb. 1987-ci ildə onun personajı əsasında serialın “Baş aləm” adlı spinoff-u yaradıılıb. Həmin rola görə iki dəfə “Image Awards” (1991, 1992) mükafatına layiq görülüb. Üçüncü mükafatını isə 2007-ci ildə “Nağıl kimi həyat” televiziya filmi üzərində gördüyü işə görə alıb. Kadim həmçinin 1993-cü ildə “CBS – Xüsusi məktəb tətilləri” serialının prodüser kollektivi ilə birlikdə “Gündüz Emmisi” mükafatına namizəd olub. “Xəfiyyə Raş”, “Doktor Haus”, “Fövqəltəbii”, “Mənim adım Erldir”, “Hamı Krisə nifrət edir”, “Universitet” kimi populyar seriallarda qonaq rollara dəvət alıb. Bundan başqa idman mövzulu xüsusilə basketbol haqda filmlərə çəkilib (“Ağlar oynaya bilmir” və “Altıncı oyunçu”) .
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/kadeem_hardison/