Dilşah Demir

Dilşah Demir

Aktrisa

BİOQRAFİYA

Dilşah Demir – türkiyəli televiziya, teatr və kino aktrisasıdır. 1985-ci ildə İstanbulda doğulub. “Güldür güldür” yumoristik teleproqramında məşhurlaşıb. Atası nüfuzlu həkim İsmail Demirdir. Dilşah 2003-2004-cü illərdə İzmit Xalq Tədris Mərkəzində aktyorluq sənəti üzrə təhsil alıb. 2007-ci ildə Kocaeli Universitetinin fotoqrafiya ixtisası üzrə məzunu olub. 2009-2013-cü illərdə Pera Gözəl Sənətlər Akademiyasında oxuyub. Daha sonra Kadir Has Universitetində Kino və dram sənəti ixtisası üzrə magistr dərəcəsi əldə edib. 2010-cu ildə Tiyatro Kılçık teatrının truppasına qoşulub. Paralel olaraq TRT telekanalının müxtəlif layihələrində iştirak edib. Daha sonra karyerasının ən uğurlu layihələrindən olan Show TV telekanalında yayımlanan “Güldür güldür” şousuna qatılıb. 2013-cü ildə Şahan Gökbakarla birlikdə “Cəlal və Cərən” adlı komediyaya baş rola çəkilib. Filmin yayım hüquqlarına bir neçə il sonra məşhur “Netflix” onlayn kinoteatr şirkəti sahib çıxıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.biyografi.info/kisi/dilsah-demir

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç