Toqan Gökbakar

Toqan Gökbakar

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Toqan Gökbakar - türkiyəli rejissor, ssenarist və prodüserdir. 29 may 1984-cü ildə Türkiyənin İzmir şəhərində anadan olub. Məşhur komediya aktyoru, “Receb İvedik” personajını məşhurlaşdıran Şahan Gökbakarın kiçik qardaşıdır. Müxtəlif mükafatların laureatıdır. Gökbakar Bilgi Universitetinin kino və televiziya bölməsində oxuyub. 2004-cü ildə diplom işi olmuş “Qaç ata, qaç” adlı qısametrajlı filmi "İf İstanbul" və "Altın Koza" kinofestivallarında təqdim olunub, tələbə işi nominasiyasında ona mükafat qazandırıb. İlk tammetrajlı bədii filmi sayılan “Gen” horrorunu 2006-cı ildə böyük ekranlara çıxarıb. Filmin ideya müəlliflərindən biri böyük qardaşı Şahan Gökbakar olub və filmdə epizodik rola çəkilib. Daha çox qardaşının baş rola çəkildiyi komediya filmləri, o cümlədən “Recep İvedik” komediya saqası və "Cəlal və Cərən" filminin rejissoru kimi məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Togan_G%C3%B6kbakar

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç