Patrik Melton

Patrik Melton

Prodüser, ssenarist

BİOQRAFİYA
Patrik Melton 18 iyun 1975-ci ildə ABŞ-ın İllinoys ştatının Şampan şəhərində doğulub. Ancaq uşaqlığı İllinoysun Evanston şəhərində keçib. Evanston Taunşip orta məktəbində oxuyub. Daha sonra Ayova Universitetində ali təhsil alıb. Tələbə olduğu ildə şəriki və yaxın dostu Markus Danstenlə tanış olub. Onlar birlikdə "Mişar" triller saqasını və "Kolleksiyaçı" və "Kolleksiyaçı 2" kimi filmləri ərsəyə gətiriblər. Ayova Universitetində Kommunikasiya ixtisası üzrə bakalavr dərəcəsi alıb, daha sonra Los Ancelesə köçərək Loyola Merimont Universitetində ssenaristlik ixtisası üzrə magistr pilləsinə yüksəlib. "Piranya 3DD" (2012), "Mişar 3D", "Mişar 4" (2007) kimi filmlərə, Project Greenlight 3 (2005) serialına ssenari yazıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_2227/patrick-melton
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç