Markus Dansten

Markus Dansten

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Markus Dansten 14 aprel 1978-ci ildə ABŞ-ın İllinoys ştatının Makomb şəhərində andan olub. Ayova Universitetinin məzunudur. Tələbə olduğu vaxt gələcək dostu və iş yoldaşı ssenarist Patrik Meltonla tanış olub. Onunla birgə yazdığı ssenariyə ilk dəfə 2005-ci ildə film çəkilib (“Kef məclisi”). Daha sonra “Mişar” silsiləsindən olan filmlərə (Mişar, Mişar 4,5,6 və Mişar 3D) ssenari yazıblar. 2009-cu ildə özünü rejissor kürsüsündə sınayaraq, “Kolleksiyaçı” filmini lentə alıb. 3 il sonra “Kolleksiyaçı 2” adlı sikveli çəkib və “Piranya 3DD filminə ssenari yazıb. 2016-cı ildə Helloin franşizasının 11-ci filminə rejissorluq edib, həmçinin Patrik Meltonla birlikdə ssenarisini yazıb. Patrik Meltonla birlikdə “Mişar” qorxu-triller saqasının yaradıcılarından sayılır.  

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%BD%D1%81%D1%82%D1%8D%D0%BD,_%D0%9C%D0%B0%D1%80%D0%BA%D1%83%D1%81

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç