Coş Stüart
Aktyor
Coşua Reqnall Stüart 6 fevral 1977-ci ildə Qərbi Virciniya ştatının (ABŞ) Diana şəhərində anadan olub. Atası Çarlz Stüart, anası Marci Stüartdır. Atası Uebster Kaunti orta məktəbində bədən tərbiyəsi müəllimi olub, eyni zamanda Birinci Baptist kilsəsində keşiş olub. Anası Uebster–Sprinqs İbtidai məktəbində müəllimə işləyib. Stüart əvvəl "West Virginia Wesleyan" kollecində oxuyub, sonradan Qərbi Virciniya Universitetinə keçib. Orada marketinq fakültəsində təhsil alıb. 2008-ci ildə ilk dəfə olaraq ciddi şəkildə kinoda debüt edib. Belə ki, “Bencamin Battonun sirli hekayəsi” filmində ikinci plan rol alıb. Elə həmin il “Molli Hartlinin kabusları” filmində müəllim mister Drepyer rolunda çıxış edib. 2009-cu ildə “Kolleksiyaçı” qorxu filmində baş rola çəkilib (həyat yoldaşının borclarından qurtulmaq üçün evi qarət etməyə çalışan Arkin adlı gənc). FX telekanalında yayımlanan “Ləkə” teleserialında oynadığı Hol Maklaren rolu ilə tanınır. Eyni zamanda “Üçüncü növbə” serialında Brendan Finni rolu ilə yadda qalıb. Aktyor Dianna Bricidi ilə evlidir. 2008-ci il təvəllüdlü Rayan Jüstin adlı qızı və 2010-cu il təvəllüdlü River Ceykob adlı oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Josh_Stewart