Con Billinqsli
Aktyor
Con Billinqsli 20 may 1960-cı ildə ABŞ-ın Pensilvaniya ştatının Media şəhərində dünyaya göz açıb. Ayrı-ayrı vaxtlarda Alabama ştatının Hantsvil və Luiziana ştatının Slidell şəhərlərində yaşayıb. Daha sonra ailəsi Konnektikut ştatının Veston şəhərinə köçüb. Billinqsli aktrisa Bonit Friderisi ilə evlidir. Billinqslinin “Böyük gözləntilər” romanının teatr adaptasiyasında çıxışı zamanı ona aşiq olub. Ər-arvad 2003-cü ildə “Ulduz yolu: Enterprayz” serialının bir epizoduna çəkilib (birlikdə). Aktyor böyük ekranlarda daha çox “2012” (2009), “Zamandan kənar” (Out of time, 2003), “Yerdən gəlmiş adam” (Man from Earth, 2007) filmlərində oynadığı rollarla yaddaşlarda qalıb. Karyerası ərzində 150-dən çox televiziya, kino və səsləndirmə rolu olub. Daha çox “Ulduz yolu: Enterprayz” teleserialında oynadığı rola görə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%BD%D0%B3%D1%81%D0%BB%D0%B8,_%D0%94%D0%B6%D0%BE%D0%BD