Yan Komasa
Rejissor, ssenarist
Yan Komasa 28 oktyabr 1981-ci ildə Poznanda (Polşa) anadan olub. Atası Veslav məşhur teatr aktyor və pedaqoqu, anası Gina isə televiziya aparıcısıdır və musiqi prodüseridir. Yanın qardaşı Şimon məşhur opera müğənnisidir. 1988-ci ildə Polşa teatrının rejissoru Yanuş Vişnevskinin truppası ilə Poznandən Varşavaya gedir. Yan paytaxtda Yeşi Qrotovski adına litseyi bitirib. Komasa bir il fəlsəfə üzrə təhsil alır. Daha sonra Lodzin Kino Məktəbinə daxil olur. 25 yaşında “Şəhər 44” filmini çəkmək təklifi alır. Filmin ideyası Mixal Kveçinski və “Akson studiyası” na məxsus idi. Baş rol ifaçıları kastinqə gələn yeddi min nəfərin arasından seçilir. Varşavanın üsyan dövründə olan görünüşü kompüter qrafikası ilə düzəldilir. Xüsusi effektlər Kristofer Nolan və Piter Cekson kimi məşhur rejissorlarla çalışan Hollivud peşəkarı Riçard Brayana həvalə olunur. Çəkiliş müddəti 63 gün davam edir - Varşava üsyanının davam etdiyi qədər...
Ətraflı məlumat
üçün aşağıdakı linkə basın: