Billi Kristal

Billi Kristal

Aktyor, ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Uilyam “Billi” Edvard Kristal 14 mart 1948-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Amerikalı yumorist, aktyor, kinorejissor, prodüser, yazıçı və aparıcıdır. 1970-ci ildə televiziya sayəsində tanınıb. 1980-1990-cı illərdə bir sıra uğurlu filmlərdə çəkilib. Billi Kristal Nyu-Yorkda yəhudi ailəsində anadan olub. Nyu-York Universitetini bitirib. 1970-ci ildə “Sabun” komediya teleserialında çəkilib. Kinoda ilk dəfə 1978-ci ildə hamilə kişi rolunda rol alıb. Yalnız 1980-cı illərin sonunda “Ananı qatardan at”, “Şəhər pijonları” komediyaları, “Qarri Salli ilə rastlaşdı” melodramında, “Təhlil et” və “Onu təhlil et” filmlərindəki rolları ilə tanınıb. Bu illər onun kinokaryerasının ən uğurlu dönəmi olub. Dəfələrlə amerika kinoakademiyasının “Oskar” mükafatının təltifetmə mərasiminin aparıcısı olub (1990, 1991, 1992, 1993, 1997, 1998, 2000, 2004, 2012).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%B0%D0%BB,_%D0%91%D0%B8%D0%BB%D0%BB%D0%B8
FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç