Bill Klinton

Bill Klinton

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Bill Klinton 19 avqust 1946-cı ildə Houpda (Arkanzas ştatı, ABŞ) anadan olub. Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993-2001). O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər və parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil edib. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi. Lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi. 2004 sentyabrında bypass əməliyyatı keçirdi. 2005-ci ildə ağciyər əməliyyatına girdi. 2010-cu ildə sinə ağrılarından şikayətlənərək gettiyi Kolumbiya Hospitalda qəlbinə 2 ədəd stend yerləşdirildi. Daha sonra isə həkimlərinin məsləhətlərinə qulaq asaraq vegetariyan olaraq qidalanmağa başladı. Hillari Rodham ilə evlidir. Çelsi adlı qızları var. 1992-ci ildə prezidentlik müddəti bitmək üzrə olan Corc.H.U.Buşu məğlub edərək ABŞ-ın 42-ci prezidenti oldu.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Bill_Klinton

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç