Hillari Klinton

Hillari Klinton

Aktrisa

BİOQRAFİYA

Hillari Dayan Rodham Klinton (26 oktyabr 1947, Çikaqo, İllinoys, ABŞ) — ABŞ siyasətçisi, 44-cü ABŞ Prezidenti Barak Obama administrasiyasında Dövlət katibidir. ABŞ Demokrat Partiyasının üzvüdür. 2001-2009-cu illərdə Nyu-York ştatından senator, 1993-2001-ci illərdə 42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı olaraq, ABŞ-ın birinci xanımı olmuşdur. ABŞ-da 2008-ci il prezident seçkilərində Demokrat Partiyasından prezidentliyə namizədlik kompaniyasında ("praymariz") iştirak edir və Barak Obamadan sonra ikinci nəticə əldə edir. Hillari Klinton 1947-ci ildə İllinoys ştatında, Çikaqoda doğulub. Yel Universitetinin Hüquq fakültəsini 1969-cu ildə bakalavr, 1973-cü ildə isə hüquq doktoru dərəcəsi ilə bitirib. Hillari öz gələcək həyat yoldaşı Bill Klintonla da universitetdə tanış olur və onlar 1975-ci ildə evlənirlər. Bu evlilikdən Çelsi adlı qızları var. 1976-cı ildən Rose Law Firm şirkətində hüquqşünas kimi işə başlayır. 1978-ci ildə isə ABŞ Prezidenti Cimmi Karter onu Hüquqi Xidmətlər Korporasiyasının İdarə Heyətinin üzvü təyin edir. Həmin il Bill Klinton Arkanzas ştatının qubernatoru seçilir. Onun qubernator olduğu dövrdə Hillari Arkanzas Təhsil Standartları Komitəsinə sədrlik edir, Arkanzas Uşaq və Ailə Vəkilliyinin əsasını qoyur, Uşaq Müdafiə Fondunu yaradır. 1992-ci ildə Bill Klinton ABŞ-ın prezidenti seçilir. Ölkənin birinci xanımı ictimai fəaliyyətini davam etdirir və ailə, uşaq problemlərinin aradan qaldırılmasına yardım edir. Övladlığa götürülmə, yeniyetmə hamiləliyi hallarının azaldılması ilə bağlı islahatların aparılmasına nail olur. Hillari Klinton insan haqları və demokratiya haqda çıxışları ilə də yadda qalır. O, həmin illərdə Dövlət katibi işləyən xanım Madlen Olbraytla birlikdə hökumətin "Vital Voices Democracy Initiative" təşəbbüsünü irəli sürür. Bu təşəbbüs dünyada qadın liderlərin yetişdirilməsini nəzərdə tuturdu. 2000-ci ildə Hillari Klinton ABŞ Senatına seçilir. ABŞ tarixində ilk dəfə 1-ci xanım Senata üzv olurdu. Senator kimi o, daha çox iqtisadi imkanların artırılması, keyfiyyətli tibbi yardım kimi məsələləri dəstəkləməsi ilə yadda qalıb. 1998-ci ildə baş verən Monika Levinski qalmaqalına baxmayaraq, Hillari bəyan edir ki, o, ərini dəstəkləyir və bu hadisənin Billi gözdən salmaq üçün qurulduğuna inanır. 2006-cı ildə Hillari Klinton yenidən Senata seçilir və 2007-ci ildə prezidentlik uğrunda mübarizəyə başlayır. O, Demokratlar partiyasının digər namizədi Barak Obama ilə birlikdə praymerizə qalır. Barak Obama prezident seçkilərində qalib gəldikdən sonra Hillari Klintona öz administrasiyasında Dövlət katibi postunu təklif edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Hillari_Klinton


 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç