Corc U.Buş

Corc U.Buş

Keçmiş ABŞ prezidenti

BİOQRAFİYA

Corc Uoker Buş — Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti (20 yanvar 2001-20 yanvar 2009). Respublikaçılar partiyasının nümayəndəsidir. 1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-ın ikinci prezidenti Con Adamsın oğlu idi. Bu təcrübə birdə yalnız 176 il sonra 2000-ci il prezident seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul). ABŞ-ın 41-ci prezidenti Corc Buşun oğludur. Onun hakimiyyət dövrü 11 sentyabr hadisələri və bundan sonra başlayan terrorla mübarizə fəaliyyətləri, Əfqanıstan və İraq müharibələri ilə xarakterizə olunur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 86-cı şəxs olaraq daxil edilib. Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub. onun rəsmi bioqrafiyasında konkret harada anadan olduğu öz əksini tapmayıb. Texasda olduqca məşhur olan Buşu texaslılar "100% özününki" hesab edirlər. Lakin jurnalistlərin "Cənab Buş harda anadan olub?" sualına administrasiya əməkdaşı Maykl Couns "Təəssüf ki, Konnektikutda, amma 2-3 yaşlarında valideynləri ilə birlikdə Texasa köçüb və tamamilə texaslı ruhunda böyüyüb." cavabını verib. Orta təhsilini Midlend və Hyustonda alaraq, Yel Universitetinə daxil olur və oranı bakalavriat səviyyəsində bitirir. Harvard Universiteti nəzdində Biznes məktəbində oxuyaraq magistr dərəcəsi alıb. Təhsilini bitirdikdən sonra hərbi xidmətə getmiş və Texas Milli Qvardiyasının HHQ-də F-102 təyyarəsində pilot kimi qulluq edib. Xanımı Lora Buş keçmişdə kitabxanaçı və müəllimə işləyib. Buşların Barbara və Cenni adlı əkiz qızları var. Əmək fəaliyyətinə 1975-ci ildə, Midlenddəki neft-qaz sənaye şəbəkəsində başlamış və 1986-cı ilə qədər bu sahədə çalışmışdır. 1988-ci il prezident seçkilərində atasının seçki qabağı kompaniyasında fəal iştirak edir. Növbəti il bir neçə şəriki ilə birgə “Teksas Reyncers” basketbol komandasını alır. Beş il müddətində klub rəhbərliyində aparıcı yer tutur. 1994-cü il noyabrın 8-də keçirilən ştat qubernatoru vəzifəsində iştirak edir və 53.5% səs toplayaraq qubernator seçilir. 1998-ci ildə təkrar seçkilərdə 68.6% səs toplayaraq ikinci dəfə ştat qubernatoru seçilir və Texas tarixində iki ardıcıl dördillik müddətə qubernator seçilən ilk şəxs olur. 2000-ci ildə keçirilən seçkilərdə respublikaçılar partiyasının namizədi olur. Gərgin keçən seçkilərdə Buş demokratlar partiyasıın namizədi, Klintonun prezidentliyi dövründə vitse-prezident vəzifəsini tutmuş Albert Qora kiçik üstünlüklə qalib gələrək prezident seçilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Corc_Uoker_Bu%C5%9F

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç