Maykl Mur

Maykl Mur

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Maykl Mur - amerikalı kinorejissor-dokumentalist, yazıçı, jurnalist və siyasi fəaldır. Maykl Mur hələ məktəb yaşlarından ictimai fəaliyyətə meyilli olub. Universitetdə təhsilini yarımçıq qoyub, “Flintin səsi” alternativ həftəlik qəzetdə jurnalist işləyir. Zamanla Mur Orta Qərbdə tanınan alternativ siyasi çap orqanına çevrilən “Miçiqan səsi” adını alan nəşrdə redaktor vəzifəsini tutur. Aldığı müavinət və evin satışından, binqo oyunlarının təşkilindən əldə olunan vəsait hesabına Mur “Rocer və mən” (1989) sənədli filmini çəkir. Film tənqidçilərin rəğbətini qazanır və kinofestivallarda bir sıra mükafatlara layiq görülüb. Dokumentalistika tarixində ən gəlirli film olub. 2001-ci ildə Murun “Kolombina üçün boulinq” (2002) filmi çəkilib. 46 il ərzində Kann kinofestivalının proqramına daxil olan ilk sənədli film olub. Zamanla Kolombina üçün boulinq” (2002) sənədli filmi kommersiya baxımdan uğur qazanır və ən yaxşı sənədli film kimi “Oskar” mükafatına layiq görülür. 2004-cü ildə “Farenqeyt 9/11” (2003), sənədli filminə görə Mur Kann fetivalının “Qızıl palma budağı” mükafatını qazanıb. Sənədli filmdə Maykl Mur ABŞ neft lobbisinin, administrasiyasının və şəxsən prezidentin yaxın şərq rejimlərilə məxfi əlaqələrini araşdırıb. 2016-cı ildə rejissor “Oskar” 2016 mükafatının təltifetmə mərasiminin baykotuna qatılır. Səbəb mükafata namizədlər arasında afroamerikalıların yer almaması olub. Baykotun təşəbbüsçüsü dəfələrlə bu mükafata namizəd, Berlin, Venesiya kinofestivallarının mükafatına, “Qızıl qlobus” mükafatına namizəd Spayk Li olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/maikl_mur/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç