Con Q. Evildsen

Con Q. Evildsen

Rejissor

BİOQRAFİYA

Con Gilbert Evildsen 21 dekabr 1935-ci ildə İllinoys ştatının Ouk-Park şəhərində anadan olub. Özək Hotçkiss məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra Nyu-York Universitetinə daxil olub. Karyerasına rejissor Artur Penn və Otto Preminqerin müxtəlif filmlərində rejissor köməkçisi qismində qədəm qoyub. Con Evildsen ilk uğuruna kiçikbüdcəli “Co” (1970) trilleri ilə imza atıb. Film kassalardan o qədər də yüksək gəlir əldə etməsə də, tənqidçilərin ürəyincə olub. Evildsenin iki övladı var: qızı Eş Sumerian Records müstəqil leyblın təsisçisidir. Oğlu Conatan aktyordur, “Karateçi oğlan 3” və “Rokki 5” filmlərinə çəkilib. “Rokki” və “Rokki 5” filmlərinin rejissoru kimi şöhrət qazanıb. İdman saqasının ilk filminə görə ən yaxşı rejissor nominasiyasında “Oskar” mükafatı alıb. Evildsen eyni zamanda “Karateçi oğlan” filminin üç hissəsinin lentə alıb. Rejissor 16 iyun 2017-ci ildə Los-Ancelesdə 81 yaşında vəfat edib. Ölümə səbəb mədəaltı vəzi xərçəngi olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%B2%D0%B8%D0%BB%D0%B4%D1%81%D0%B5%D0%BD,_%D0%94%D0%B6%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç