Aytaç Arman

Aytaç Arman

Aktyor

BİOQRAFİYA

Aytaç Arman – türkiyəli televiziya və kino aktyorudur. 22 iyun 1949-cu ildə Türkiyənin Adana şəhərində doğulub. Kişilər Sənət İnstitutunun məzunu olduqdan sonra Ankara Dövlət Memarlıq və İnşaat Akademiyasına daxil olub. Orada tələbə olduğu ildə (1969) “Ekstra Eskpres” qəzetinin təşkil etdiyi qarışıq artist yarışmasında ikinci yeri tutub. 1971-ci ildə “Kapak Yıldızı” müsabiqəsində də ikinci yeri tutaraq, kinokaryerasına qədəm qoyub. İlk olaraq epizodik və ikinci plan rollara çəkilib. Həmyerlisi Yılmaz Güneyin “Baba” filmində oynadığı rolla məşhurlaşıb. Kinoda ilk mükafatını 1981-ci ildə qazanıb: Yılmaz Güneyin yazdığı ssenari əsasında çəkilmiş “Düşmən” filmində oynadığı rola görə “Ən yaxşı aktyor” mükafatına layiq görülüb. 1974-cü ildə Antalya Qızıl Portağal Kino Müsabiqəsində “Ən yaxşı ikinci plan aktyor” mükafatını əldə edib. Aktyor 26 fevral 2019-cu ildə İstanbulda 69 yaşında xərçəng xəstəliyindən vəfat edib. Doğma şəhəri Adanada qılınan cənazə namazından sonra Kabasakal Qəbirstanlığında torpağa tapşırılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0035250/  

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç