Suna Selen
Aktrisa
Suna Selen - türkiyəli teatr, kino və televiziya aktrisasıdır. 1939-cu ildə İstanbul şəhərində dünyaya göz açıb. Atası vəkil Hüsamettin Selen, anası Nimet Selen məşhur türkiyəli vəkil Əhməd Cevdet Paşanın nəvəsidir. Orta təhsilini Beşiktaş Atatürk Litseyində alıb. Daha sonra təhsilini Beşiktaş Bələdiyə Konservatoriyasının Teatr bölməsində davam etdirib. 1956-cı ildə ailəsinin təkidi ilə hüquqşünaslıq ixtisası üzrə ali təhsil alıb. Habelə paralel olaraq Dormen Teatrında aktrisa olaraq fəaliyyət göstərib. Bir il sonra hüquq üzrə təhsilini yarımçıq qoyaraq, İstanbul Gözəl Sənətlər Akademiyasına daxil olub. 1957-ci ildə rəssam Cem Kabaağacla ailə qurub. Bu izdivacdan bir oğlu olub. Ailə vəziyyəti ilə əlaqədar Akademiyadan ayrılıb, eyni zamanda Dormen Teatrının tamaşalarında da iştirakını dayandırıb. Peşəkar teatr fəaliyyətinə 1959-60-cı illərdə qayıdıb. Teatr səhnəsindəki bir sıra uğurlarından sonra bir çox film və seriallara çəkilib. İkinci həyat yoldaşı Münir Özkuldur. Bu izdivacdan Güner Özkul adlı qızı dünyaya gəlib. 1974-cü ildə Münir Özkuldan uzaqlaşıb, dramaturq Güner Sümerle ailə qurub. Bu evlilikdən Sinan Sümer adlı oğlu dünyaya gəlib. Sənətçi kino və teatrın inkişafına verdiyi töhfələrə görə Daimi Nadide Küntay mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0783062/