Kadir İnanır

Kadir İnanır

Aktyor

BİOQRAFİYA

Kadir İnanır 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulub. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu. Bir müddət fotoromanlarda oynadıqdan sonra "Yeddi Addım Sonra" (1968) adlı filmdəki kiçik bir rolla kinoya başladı. İlk dəfə baş rolda oynadığı 1970-ci il tarixli, Atıf Yılmazın rejissor olduğu "Qara gözlüm" filmində Türkan Şorayla baş rolları paylaşdı. Daha sonra Şorayla bir çox filmdə oynayaraq Türk kinosunun kişi aktyor ulduzlar arasına girdi. Toplam 182 kino filmində və 7 televiziya serialında rol alan İnanırın ən uzun serialı "Marziye" adlı serial oldu. 5-ci "Adana Qızıl Qoza Kino Festivalında Utanç" (1973) adlı filmlə "Ən Yaxşı Kişi Aktyor" seçilən Kadir İnanır, baş rollarını Fatma Girik, Serpil Çakmaklı, Nur Sürer, Erdal Özyağcılar ilə paylaşdığı 1985 istehsalı "İlanların qisası" adlı Şərif Görənin filmi ilə 23-cü Antalya Film Festivalında ən yaxşı aktyor mükafatının sahibi oldu. Kadir İnanır, 1990-cı ildə "Medcezir mənzərələri" adlı film ilə 3-cü Ankara Kino Festivalında ən yaxşı kişi aktyor mükafatının sahibi oldu. 1995-1996-ci illər arasında Kanal D'də yayımda olunan "Belə Getməz" adlı xəbər proqramında aparıcılıq etdi. Türk Kinosunda son dövr 2000-ci il istehsalı "Mayor Şekspir" adlı filmdə iştirak edən məşhur aktyor, 24 il aradan sonra 2003-ci ildə "Göndərilməyən məktublar" adlı filmdə Türkan Şorayla yenidən bir filmdə oynadı. 2005-ci ildə Memduh Ün və Tunc Başaranın idarə etdiyi, Fatma Girik ilə birlikdə baş rollarını paylaşdığı filmdə oynadı.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kadir_%C4%B0nan%C4%B1r

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç