Türkan Şoray

Türkan Şoray

Aktrisa

BİOQRAFİYA

Türkan Şoray 28 iyun 1945-ci ildə dünyaya gəlib. Türkiyə kino aktrisasıdır. 2016-cı ildən Avrasiya Akademiyasının üzvlərinin biridir. Türkan Şoray müasir Türkiyənin ən tanınmış qadınlarından biridir. Kinoulduzunu kiçikdən tutmuş böyüyə kimi hamı tanıyır və sevir. 28 yaşına çatanda onun çəkdiyi filmlərin sayı 200-ə (15 il ərzində) çatmışdı. Bu, ildə orta hesabla 13-14 film deməkdir. Onun barədə çox yazır və çox danışırlar. Aktrisanın portreti qəzet və jurnal səhifələrindən düşmür. Türkan Şorayın populyarlığı ölkə sərhədlərini də çoxdan aşıb. Sevilən aktrisanın iştirakı ilə çəkilən filmlər Yunanıstan və İranda, Kipr və Ərəb ölkələrində habelə keçmiş Sovet Respublikalarında və indiki MDB ölkələrində müvəffəqiyyətlə nümayiş etdirilir. Xaricdə Türkan Şorayı "Şərqin Elizabet Teyloru" adlandırırlar. Türkan Şoray 1947-ci ildə anadan olub. 1960-ci ildə teatr rejissoru və "Pesenfilm" kinostudiyasının sahibi Nevzet Pesen İstanbulun küçələrinin birində təsadüfən Türkanla rastlaşır. Yeniyetmə qızın gözəliyinə valeh olan rejissor, Türkanın kinoya çəkilməsinə razılıq almaq üçün valideynlərinə müraciət etməli olur. Onun kinoda ilk işi uğurlu alınır. Tezliklə Türkan Şorayın iştirakı ilə çəkilən "Məhəbbətdən qaçmaq olmaz" filmi ekranlara çıxır. Bir neçə aydan sonra isə o, rejissor Şəmsi Ezonukun "Nadinc uşaq" filmində baş rola çəkilir. Bundan sonra 14 yaşlı Türkan digər rejissorlardan da dəvətlər almağa başlayır. Əgər Tükan Şoray 1960-ci ildə bir filmə çəkilmişdisə, 1961-ci ildə səkkiz, 1962-ci ildə isə artıq on bir filmdə müxtəlif rollar oynayıb. Türkan Şoray qısa bir zamanda populyarlıq qazanıb və müəyyən müddətdən sonra isə sənətkarlıq zirvəsinə ucalıb. Aktrisanın qəhrəmanlarının ümumi, oxşar tale yaşamaqları aydın görünürdü. Onlar şəriət qanunları ilə damğalanmış zavallı, alçaldılmış türk qadınlarıdır. Lakin Şorayın, demək olar əksər qəhrəmanları sosial ədalətsizliyə qarşı öz qızğın etirazlarını bildirirlər. Türkan Şorayın çəkildiyi filmlərin süjetləri də bir-birinə çox oxşayır. Yılmaz Durunun rejissorluğu ilə çəkilən "Şərəf borcu" ekran əsəri ondan əvvəlki filmlər kimi zəhmətkeş insanların sosial vəziyyətindən bəhs edir. Bu film Anadolu kəndlərində hökmranlıq edən sələmçi ağanın istismarına məruz qalan yoxsulların dözülməz həyatını təsvir edir. "Şərəf borcu" kinolenti 1974-ci ildə Daşkənddə keçirilən Asiya və Afrika ölkələrinin III Beynəlxalq kinofestivalında göstərilib. Filmin qəhrəmanı Qürbət (T.Şorayın ifasında) adlı gənc qız ləyaqətini qorumaq naminə sələmci Gildanla mübarizəyə qalxır. Dörd kəndin sakinləri, Qürbətin də ailəsi daxil olmaqla, sələmci Gildanın borcundan yaxa qurtara bilmir. Sələmçi isə yalnız Qürbəti ələ keçirdikdən sonra borcları unutmağa hazırdır. Belə bir şərtlə razılaşmayan Qürbət, görünməmiş auksion təşkil edir: kimsə onun ailəsinin borcunu ikiqat ödəsə, o həmin adama ərə gedəcək. Bazarda qoyun-quzu ilə barabər gəlin də satılır. Alıcılar ona qiymət qoyurlar. Bu zaman sələmçi üzərində ona borclu qalan yüzlərlə savadsız kəndlinin barmaq izləri olan siyahını cibindən çıxarır. O qışqıraraq deyir: "Baxın, burada dörd kəndin borcu var"! Bayaqdan hay-küy salan camaat indi sakitcə ümid və həyacan icində dayanıb, Qürbətin qərarını gözləyir. Qız kəndliləri borcdan azad etmək məqsədilə sələmçiyə təslim olur. Bundan sonra toya hazırlıq görülür. Bu zaman şəhərə qazanc-dalınca gedən qəhrəmanın sevgilisi qayıdır. Lakin o, borcu ödəmək üçün lazım olan məbləği toplaya bilməyib. Toy günü o adaxlısını qaçırdır. Sələmçi onları təqib edir. Finomda Qürbətin sevdiyi oğlan sələmçinin atəş açdığı güllədən həlak olur. Qəhrəman sevgilisinin intiqamını almaq üçün Gildanı öldürür. Beləcə, xeyir və şər arasındakı mübarizə sona çatır. Türkan Şoray bu filmdə güclü, nadir cəsarətə malik yaddaqalan qadın obrazını yaradıb. Ailə sədaqətini qorumaq və kasıbların müdafiəçisi olmağı özünə şərəf borcu hesab edən Qürbət (Şoray) realist oyunu və temperamenti ilə tamaşaçı rəğbətini qazanır. Onun qəhrəmanı filmin əvvəlində sadə, zəhmətkeş və xeyirxah kəndli qızı idi. O, ailənin rifahı naminə səhərdən axşamadək yorulmadan çalışır. Lakin filmin yarısında o, qətiyyətli, mübariz və iradəli qadına çevrilir. Türkan Şorayın iştirakı ilə çəkilən daha bir film qurluşçu rejissor Xalid Refiqin "Nişanlı Sultan" kinolenti türk kəndində mövcud olan feodal adətlərin ifşasına həsr edilib. Şorayın filmdə yaratdığı Sultan adlı gözəl qızın taleyi minlərlə türk qızların taleyinə bənzəyir. Filmin qəhrəmanı köhnəlmiş adətlərə qarşı etiraz səsini ucaldır. Tənqidçilərin fikrincə, bu kadrlar dünya kinosunun ən yaxşı realist ənənələri formasında öz həllini tapıb. Qeyd etmək lazımdır ki, yuxarıda adı çəkilən filmlərdən fərqli olaraq, Türkan Şoray daha çox melodrama janrında olan filmlərdə də unudulmaz rollar yaradıb. Onun bənzərsiz gözəlliyi, mənalı baxışları, yaraşıqlı qaməti daim rejissorların diqqət mərkəzində olub. "Qırmızı ləçək" "Sərçə balası" və "Yol" kinofilmlərində oynadığı rollar aktrisaya tamaşaçı məhəbbəti və şöhrət gətirib. 1972-ci ildə istedadlı aktrisa "Qayıdış" filmində beş rolu ifa etməklə bərabər, ilk dəfə quruluşçu-rejissor ampluasında da çıxış edir. "Gülhanın gözəlliyi kənddə böyük nüfuz sahibi olan dövlətli Rezhitin nəzərindən qaçmır. O, Gülhanla evlənmək istəsə də, qız razı olmur və kasıb İbrahimə ərə gedir. Bu izdivacdan xəbər tutan Rezhit qisas alacağına and içir. Bu arada minlərcə işsiz türk vətəndaşı kimi İbrahim də qazanc əldə etmək üçün Qərbi Almaniyaya gedir. Rezhit Gülhanı ələ keçirməyə cəhd göstərir. Lakin qız sevdiyi oğlana sadiq qalır. Qəzəblənmiş Rezhit Gülhan barədə çirkin şayiələr yayır. Avam qonşular isə böhtanlara inanır, Gülhandan üz döndərir və onun xəstə uşağına yardım etməkdən imtina edirlər. Ərini, oğlunu, torpağını itirən Gülhan dövlətlini öldürür; final faciə ilə bitir: xaricdən alman arvadı ilə qayıdan İbrahim yolda avtomobil qəzasında həlak olurlar. Möcüzə nəticəsində sağ qalmış onların uşağını Gülhan övladlığa götürür. "Qayıdış" filminin qısa məzmunu bundan ibarətdir. Bu film 1973-cü ildə VIII Beynəlxalq Moskva kinofestivalında böyük müvəffəqiyyətlə göstərilmişdi. Məmnun qalan tamaşaçılar türk kinosunun görkəmli sənətçisini alqışlarla qarşılamışdı. Türkan Şorayın ikinci rejissor işi "İztirab"(1974) filmidir. Burada da baş rolun ifaçısı Şoray özüdür. Bu ekran əsərində xəstə övladı ilə böyük şəhərə gələn kəndli qızından və onun rastlaşdığı daşürəkli məmurların biganəliyindən söhbət açılır. 1976-ci ildə Türkan Şoray növbəti dəfə "Əsla və daima" filminə quruluş verir. Emosional gərginliyi cox olan "Əsla və daima" filmi rejissor ustalığı nöqteyi-nəzərdən cox parlaq ekran əsəri hesab edilmir. Türkan Şorayın aktyorluq məharəti və rejissorluq baçarığı onun hərtərəfli istedada malik olduğunu sübut edir. Yeri gəlmişkən, deyək ki, o, həmdə türk estradasının qabaqcıl ifaçısı kimi də şöhrət qazanıb. Vətənində onun barəsində belə deyirlər: Türkan ekranda ağlayanda və güləndə tamaşaçıda elə təsəvvür yaranır ki, bu türk qadını ağlayır və gülür. Aktrisa üçün bundan yaxşı tərifə layiq söz tapmaq çətindir. Onun atası sıravı bir işçi, anası isə evdar qadın olub. Əslən Azərbaycandan olan Türkan Şorayı Türkiyənin mirvarisi adlandırırlar. İlk dəfə filmə çəkilərkən onun 15 yaşı olub. Türkan Şorayın çəkildiyi ilk ekran əsəri isə “Eşq küləyi” filmi olub. Günlərin birində Nevzat Pesen “Pesen-film” kinostudiyasının sahibi İstanbul küçələrində birində gənc Türkan Şoraya rast gəlir və tale sadə bir ailədə dünyaya gələn qızın üzünə gülür. Nevzat Pesen valideynlərindən icazə alaraq onu filmə çəkir. 1960-cı ildə bir, 1961-ci ildə 8, 1962-ci ildə isə 11 filmə çəkilib. 1965-ci ildə Türkan Şoray artıq Türkiyənin dörd ən məşhur və aparıcı aktrisalarından biri idi. 1972-ci ildə isə istedadlı aktrisa özünü rejissor kimi sınayıb. Özünün də baş rol aldığı “Dönüş” filmində o Gülxan obrazını canlandırıb. 1974-cü ildə isə o, ikinici dəfə rejissor kimi sınayıb. Bu dəfə isə Türkan Şoray “Əzab” filminə quruluş verib. Əlbəttə ki, yenə də baş rolda özü çəkilib. Və nəhayət 1976-cı ildə aktrisa “Bodrum hakimi” filminin rejissoru qismində çıxış edir. Türkiyədə Türkan Şorayın adına ibtidai məktəb var. Türk kinosunun Sultanının xüsusi siyahisi də var. Həmin siyahi “Şorayın şərtləri” adlanır. Onun filminə dəvət edən rejissorlar bilməlidirlər ki, aktrisa heç vaxt açıq-saçıq səhnələrə çəkilmir. Filmin ssenarisi Türkiyənin Sofi Loreninə bir ay əvvəl təqdim edilməlidir. Rejissor Şoray tərəfindən edilən düzəlişlərlə razılaşmalıdır. Əlbəttə ki, bu aktrisaya aid olan rollarla bağlıdır. Və nəhayət ən sonunda aktrisa bazar günləri çalışmaq fikrində deyil. Keçmiş SSRİ-də o, rejissor Əjdər İbrahimovun Nazim Hikmətin əsəri əsasında çəkdiyi "Məhəbbətim mənim, kədərim mənim" filmindəki Məhin Banu obrazından sonra məşhurlaşıb. Antaliya və Daşkənd kinofestivallarında “Ən yaxşı aktrisa” adına, rejissor kimi isə Moskvada keçirilən kinofestivalında “Böyük priz” mükafatına layiq görülüb. Bundan başqa İstanbul və Roma kinofestivallarında da mükafatlandırılıb. Vətən qarşısında xidmətlərinə görə ona Türkiyənin Dövlət Sənətçisi fəxri adı verilib. Türk kinosunun sultanı, Türkiyənin Sofi Loreni Türkan Şoray artıq neçə illərdir qardaş ölkənin ən yüksək gəlirli sənətçiləri sırasındadır. Türkan Şoray Ginnesin rekordlar kitabına ən çox baş rolları ifa edən aktrisa kimi düşüb. 52 illik kino karyerası ərzində aktrisa 200-dən artıq filmə çəkilib. 2010-cu ildə Türkan Şoray YUNESKO-nun sülhməramlı səfiri seçilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/T%C3%BCrkan_%C5%9Eoray

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç