Andreas Visnivski

Andreas Visnivski

Aktyor, rejissor

BİOQRAFİYA

Andreas Visnivski – almaniyalı aktyor və keçmiş rəqqasdır. Daha çox 1987-ci ildə ekranlara çıxan Bondiana silsiləsindən olan “Gözlərin qığılcımı” filmində oynadığı Nekros və “Çətin tapşırıq” (1996) filmində Maksın silahdaşı rolunda tanınıb. Visivenski 3 iyul 1959-cu ildə Berlində anadan olub. Atası polşalı, anası almandır. Erkən uşaqlıq illərində rəqslə məşğul olub. Sonradan aktyorluğa meyl salıb. Böyük ekranlarda debütün 1986-cı ildə “Qotika” filmində gerçəkləşdirib. Həmin filmdə Fletçer roluna çəkilib. Növbəti il isə Timati Daltonun Ceyms Bondu oynadığı “Gözlərin qığılcımı” filmində karyerasının ən əlamətdar roluna çəkilib. Aktyor bundan başqa: “Məğlubedilməz” (1988), “Çətin tapşırıq 4: Fantom protokolu” (2011), “Çətin tapşırıq” (1996) və digər filmlərin, “Şimal tərəf” (1990-1995), “Xalis ingilisayağı qətl” (1984-2009), “Kartlar, pullar və iki tüfəng 2” (2000) və digər serialların çəkilişi və səsləndirilməsində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_28352/andreas-wisniewski

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç