Tuba Ünsal

Tuba Ünsal

Aktrisa

BİOQRAFİYA

Tuba Ünsal 1981-ci ildə Türkiyənin Denizli şəhərində anadan olub. Atası hərbi zabit, anası müəllimədir. Ailədə özündən böyük bacısı var. Onun doğulmasından çox keçməmiş ailə İzmirə köçüb. Tuba məktəbi orada bitirib və universitetə qəbul olunub. Təhsili baş vurmamış Tuba model işləməyə başlayıb. 1998-ci ildə Ünsal “Elite Model Look” müsabiqəsinin finalisti olub. Bu ona Fransada model işləmək imkanı yaradıb. Bir neçə aydan sonra Tuba doğma vətəninə qayıdaraq öz gücünü aktyorluq sənətində sınamağa qərar verib. Əvvəl reklam çarxlarında görüntülənib. Daha sonra rejissorların diqqətini cəlb edib və “Qaçaq mumyalar” macəra komediyası, “Asan pullar” kriminal komediyası, “Vizontele Tuuba” komedik dramında çəkilib. 2011-ci ildə aktrisanın iştirakı ilə ekranlara rejissor Özer Kızıltanın “Məni unutma” romantik dramı  çıxıb. Filmdə baş rollara Mert Fırat və Acelya Devrim İlhan çəkilib. “Məni unutma” dramında oynadığ rola görə tanınır. Onun ilk həyat yoldaşı məşhur müğənni Mustafa Sandal olub. Cütlük 2004-2006-cı illərdə evlilik həyatı yaşayıb. İkinci dəfə aktrisa Murat Pilevneliyə ərə gedir. Onların Sare adlı qızları doğulub. 2012-ci ildə cütlük yollarını ayırıb. Üçüncü həyat yoldaşı Mirgün Cabas olub. Bu nikahdan cütlüyün Civen Mert adlı oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/tuba_unsal/

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç