Maykl C. Uilyams

Maykl C. Uilyams

Aktyor

BİOQRAFİYA

Maykl C. Uilyams 25 iyul 1973-cü ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Nyu-York ştatının Uestleyk orta məktəbində oxuyub. SUNY New Paltz təhsil ocağını bitirib. Tələbə olduğu illərdə Kappa Siqma Qardaşlığının üzvü olub. Uilyams Big Blue Door Theater teatrının meneceridir. “İfritə Bleyr Layihəsi”  filmində oynadığı rolla məşhurlaşıb.  Həmçinin 2000-ci ildə “Qanun və Qayda” serialında canlandırdığı obraza görə tanınır. Serialın fevralda çıxan epizodunda  oğlu keçmiş həyat yoldaşı tərəfindən öldürülmüş ata rolunu oynayıb. 2008-ci ildə Uilyams “Məqsəd” (The Objective) filmində rol alıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_C._Williams

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç