Jan Klod Karryer

Jan Klod Karryer

Ssenarist, aktyor, rejissor

BİOQRAFİYA

Jan Klod Karryer 19 sentyabr 1931-ci ildə Fransada anadan olub. 1957-ci ildə Jan Klod “Kərtənkələ” adlı ilk romanını dərc edir. Ssenarist qismində məşhur fransız komikləri Jak Tati və pyer Etekslə əməkdaşlıq edib. 29 yaşında rejissor Pyer Etekslə çəkdiyi “Xoşbəxt bir il” qısametrajlı filminə görə “Oskar” mükafatına layiq görülüb. İyirmi ilə yaxın müddətdə dahi kinorejissor Luis Bunyuelin ölümünədək “Xadimənin gündəliyi” filmindən tutmuş “Bu bulandıq istək obyekti” filminə qədər ssenari müəllifi olub. Jan Klod Karryer rejissor Miloş Formanın daimi ssenaristidir. “Martin Qerin qayıdışı” filminə görə Karryer 1983-cü ildə “Sezar” mükafatına layiq görülüb. Ssenarist kimi dahi kinorejissorlarla Folker Şlendorf “Dəmir baraban”, “Ulcan”, Naqisa Oşima “Maks mənim sevgim”, Ancey Vayda “Danton”, Karlos Saura, Jan lyuk Qodar, Lui Mal “Viva Mariya!”, “Oğru”), Marko Ferreri “İfritə” filmləri üzərində çiyin-çiyinə çalışıb. Ümumilikdə 140 kino, televiziya filmi və serialların ssenaristi olub. Jan Klod Karryer kinoda 30 artıq rolda çəkilib. Onların əksəriyyəti ikinci dərəcəli, epizodik rollar və ya səsləndirmədir. Rejissor kimi bir neçə qısametrajlı film ərsəyə gətirib. Onlardan biri “Manikür qayçısı” (1969) filmi Kann Beynəlxalq Kinofestivalında münsiflərin Qran-Pri mükafatını qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D1%80%D1%80%D1%8C%D0%B5%D1%80,_%D0%96%D0%B0%D0%BD_%D0%9A%D0%BB%D0%BE%D0%B4

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç