Culian Şnabel
Rejissor, ssenarist, prodüser, aktyor
Culian Şnabel 26 oktyabr 1951-ci ildə anadan olub. Oskar mükafatına namizəd və “Qızıl Qlobus” mükafatının sahibidir (“Skafandr və kəpənək” filminə görə). Culian Şnabel beş filmin rejissoru olub. Filmlərin ikisi öz ssenarisi əsasında çəkilib. Onun ilk rejissor işi "Baskiya" (1996) filmidir. Film Endi Uorholun yaxın dostu amerikalı rəssam Jan Mişel Baskiyanın həyatından bəhs edir. Jan Mişel rejissorun yaxın dostu olub. Onun ikinci “Gecə düşənədək” (2000) filmi Fidel Kastronun hakimiyyətə gəlişindən sonra vətənini tərk edən kubalı şair Reynaldo Arenasın memuarlarının adaptasiyasıdır. Filmdə baş rolda Havyer Bardem çəkilib. “Skafandr və kəpənək” filmi (2007) 43 yaşında ikən yatağa məhkum olan "ELLE" jurnalının redaktoru Jan Dominik Bobi haqqındadır. Bobinin avtobioqrafiyasına əsaslanan bu filmə görə Şnabel 60-cı Kann festivalında ən yaxşı rejissor işinə mükafata layiq görülüb. 2018-ci ildə 75-ci Venesiya kinofestivalında rejissorun “Van Qoq. Əbədiyyət qarşısında” filminin təqdimatı olub. Culian Şnabel Van Qoq haqqında film çəkən ilk rəssamdır. Baş rolun ifaçısı Uillem Defo ən yaxşı kişi roluna görə Volpi kubokuna, rejissor Şnabel isə “Qızıl şir” mükafatına layiq görülür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%BD%D0%B0%D0%B1%D0%B5%D0%BB%D1%8C,_%D0%94%D0%B6%D1%83%D0%BB%D0%B8%D0%B0%D0%BD