Arifin Putra

Arifin Putra

Aktyor

BİOQRAFİYA

Arifin Putra 1 may 1987-ci ildə Almaniyanın Meynz şəhərində anadan olub. Atası indoneziyalı, anası almandır. Atası Coysi Sanander yaşılaşdırma üzrə ekspert olub, anası isə restoran biznesində çalışıb. Özündən böyük Sari adlı bacısı var. Putranın 13 yaşı olanda valideynləri boşanıb. Erkən illərini atası ilə Almaniyada keçib. Daha sonra İndoneziyaya köçüb. Uzun müddət alman dilində anadili kimi danışıb. Yalnız yeniyetməlik illərində İndoneziya vətəndaşlığını qəbul edib. Arifin uşaqlığında özünə qapılıb, dostları demək olar olmayıb. Günün çox hissəsini otağında rəsm çəkməklə keçirib. İbtidai və orta təhsilini Cakartanın alman məktəbində alıb. Məktəbdə əlaçı olmasa da özünü nümunəvi və savadlı bir şagird kimi göstərib, 2006-cı ildə imtahanlarını uğurla verib. Uşaqlığında bir qolunda ciddi qüsurun olmasına rəğmən anasının xərclədiyi pullar hesabına mütəxəsislər onu qismən sağaldaraq, qolunun hərəkətliliyini bərpa edib. Arifin Putranın aktyorluğa olan marağı uşaqlıq illərindən etibarən yaranıb. Kinoda debütünü 2008-ci ildə İndoneziyanın “Sevgi girdabına batmış” melodramında gerçəkləşdirib. Orada Aleks adlı yeniyetməni oynayıb. Bir ildən sonra tamaşaçılar Arifini tam fərqli obrazda Adam adlı adamyeyən-psixopat obrazında görüb. İko Uaysla bir baş rola çəkildiyi “Reyd 2” filmi onun karyerasının vizit kartına çevrilib.

Əlavə məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/putra-arifin-6464.phtml 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç