Yorqos Lantimos

Yorqos Lantimos

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Yorqos Lantimos 27 may 1973-cü ildə Afina şəhərində (Yunanıstan) anadan olub. Afinanın Stavrakos kino məktəbində kino və televiziya incəsənəti üzrə ali təhsil alıb. 1995-ci ildə debüt qısametrajlı bədii filmini ərsəyə gətirib. Elə həmin dönəmlərdə Lantimos teatr tamaşalarına quruluş verməyə başlayıb, ara-sıra reklam çarxları və kliplər çəkib. 2004-cü ildə Afinada keçirilən Yay olimpiya oyunlarının açılış və bağlanış mərasiminin quruluşçu rejissoru olub. Həmin vaxt Lantimos Afina Raxel Sanqari ilə tanış olub. Onların kinoda birgə əməkdaşlığı həmin vaxtdan başlayıb. 2009-cu ildə Yorqos Lantimosun çəkdiyi “Köpəkdişi” filmi Kann festivalının “Xüsusi baxış” proqramının qalibi olub. Həmçinin film ən yaxşı xarici dilli film nominasiyasında “Oskar”a namizəd olub. 22 yanvar 2019-cu ildə ən yaxşı rejissor işi kateqoriyasında (Favori filmində) “Oskar” mükafatı nominantı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BC%D0%BE%D1%81,_%D0%99%D0%BE%D1%80%D0%B3%D0%BE%D1%81  

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç