Lyuk Benvard

Lyuk Benvard

Aktyor, prodüser

BİOQRAFİYA

Lyuk Aaron Benvard 12 may 1995–ci ildə aktyor və müğənni Aaron Benvard, aktrisa və model Kendanın ailəsində anadan olub. Əsl adı Uilkinsondur. Benvard ilk dəfə “Biz əsgər idik” filmində çəkilir. 2006-cı ildə “Qızarmış soxulcanları necə yeməli?” uşaq komediya filmində baş rolda çəkilir. 2008-ci ildə Benvard “Zaman xilasediciləri” telefilmində Çarli rolunu ifa edib. Bu rol ona “Gənc aktyor” mükafatına namizəd edir. 2009-cu ildə Benvard artıq müğənni kimi fəaliyyət göstərərək 5 mahnıdan ibarət "Let Your Love Out" adlı ilk albomunu təqdim edir. 2013-2014–ci illərdə “Reyvensvud” teleserialında çəkilib. 2016-cı ildə “Kampaniyanın ürəyi” filmində Cek roluna təsdiqlənib. 2018-ci ildə “Pompuş” filmində Bo rolunda çəkilib. Bir müddət aktrisa Oliviya Holt ilə görüşüb. Daha sonra cütlük ayrılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BD%D0%B2%D0%B0%D1%80%D0%B4,_%D0%9B%D1%8E%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç