Odeya Raş
Aktrisa, rejissor, ssenarist, prodüser
Odeya Raş 12 may 1997–ci ildə İsraildə Hayfed şəhərində anadan olub. 9 yaşında ikən ailəsi ilə birlikdə ABŞ, Alabama ştatına köçür. Atası təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışıb. Əvvəl Nyu-Cersiyə, daha sonra ailəsi ilə birlikdə Los-Ancelesə köçür. Raşın 6 qardaşı var. Onlardan ikisi əkizdir. İki böyük qardaşı İsraildə yaşayır. Aktrisa olmamışdan öncə Raş model kimi fəaliyyət göstərib. Polo Ralph Lauren, Gap, Tommy Hilfiger və Guess kimi məşhur dəbli brendlərin reklamlarında və kampaniyalarında çəkilib. Raş daha çox “Biz olduğumuz kimiyik” (2013), “Həsr olunmuş” (2014), “Qorxu” (2015), “Köpəklərin zamanı” (2017), Pompuş (2018) filmlərindəki rolları ilə tanınıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D1%88,_%D0%9E%D0%B4%D0%B5%D0%B9%D1%8F