Karizma Kapur
Aktrisa
Karizma Randhir Kapur 25 iyun 1974-cü ildə Bombeydə Rac Kapurun oğlu Randhir və Babaita Kapurun ailəsində doğulub. Onun kiçik bacısı Karina Kapur Bollivudun tanınmış aktrisasıdır. Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə “Sevgi əsiri” filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə “Qardaşın axtarışında” filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür. Yaş Çopranın “Dəlisov məhəbbət” filmindəki Nişi roluna görə ən yaxşı ikinci dərəcəli qadın roluna görə Filmfare Awards və Milli kinomükafatına layiq görülüb. 2003-cü ildə ailə qurduqdan sonra Karizma kinemotoqrafiyadan uzaqlaşıb. Lakin 2012-ci ildə kinemotoqrafiyaya qayıtdığını rəsmi şəkildə elan edərək “Təhlükəli sevgi” (2012) filmində çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%BF%D1%83%D1%80,_%D0%9A%D0%B0%D1%80%D0%B8%D0%B7%D0%BC%D0%B0