Filmin sujeti real hadisələrə əsaslanır. Ekran əsəri İngilis boksçu Billi Murun gerçək hekayəsini danışır. Narkotik vasitələrə alüdə olması onun başına böyük dərdlər açır. Bu alüdəçiliyə görə Taylandın ən ağır həbsxanalarından birinə düşür. Orada zorakılıq ən yüksək səviyyədədir, şəraiti isə ümumiyyətlə dözülməzdir. Belə bir məkanda ən güclü iradəli insanın belə psixikası korlana bilər. Ağlını itirməmək üçün rinqdə döyüşməkdən başqa əlacı qalmır. Ancaq boks bacarıqları heç də işinə tam yaramır. Rinqdə sağ qala bilmək üçün ilk növbədə tay əlbəyaxa döyüş növünün incəliklərinə yiyələnməlidir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar