Baş qəhrəmanlar parkurla məşğul olan “Yamakasi” adlı dəstənin üzvləridir. Bu küçə atletləri yaxınlıqdakı məhəllələrdə yaşayan uşaqların kumirləridir. Günlərin bir günü Camal adlı uşaq “Yamakasi” fəndlərindən birini yerinə yetirmək həvəsinə düşür. Ancaq ürək xəstəliyindən əziyyət çəkən uşağın halı dəyişir. Ona ürək çatışmazlığı diaqnozu qoyulur. Yalnız ona donor ürəyi köçürülsə sağ qala bilər. Camal yoxsul ailədə yaşadığından əməliyyatın məbləği onlar üçün sözün əsl mənasında əlçatmazdır. “Yamakasi” üzvləri uşağın bu vəziyyətə düşməsində müəyyən mənada özlərini günahkar bildiklərindən, hər vəchlə əməliyyat üçün tələb olunan pulu toplamağa qərar verirlər....
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar