1995-ci ildə fərdi kompüterin satışa çıxarılması ilə bağlı televerilişin çəkilişləri zamanı jurnalist və teleaparıcı Robert Krinqli “Apple” şirkətinin təsisçisi Stiv Cobsdan müsahibə alır. Müsahibədə Cobs səmimi söhbət apararaq, kompüter texnologiyalarının gələcəyini inanılmaz dəqiqliklə proqnozlaşdırır. Veriliş işıq üzü görəndə məlum olur ki, montaj zamanı müsahibənin böyük hissəsi kəsilib. Beləcə geniş müsahibənin lenti yoxa çıxır. Uzun illər sonra, Cobsun ölümündən sonra onunla bağlı materiallar yenidən aktuallaşır. Günlərin bir günü rejissor Pol Sen öz qarajında qiymətsiz müsahibənin tam variantından ibarət kaseti tapır. Prodüserlər yazının rəqəmsal bərpasını təşkil etdikdən sonra, milyonlarla Cobs fanatına bu maraqlı müsahibəni bəxş etmək qərarına gəlir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar
Bir sözlə əla. Dilinizə sağlıq. Sadəcə bu kimi intervyularda bəzi ifadələri orijinal dilində altda yazı olaraq versəniz daha anlaşıqlı olacaq. Misalçün, "obyekt istiqamətlənmə proqramı" - "Object Oriented Programming". Çünki proqramlaşdırmada bunu bu şəkildə qəbul edirik. Dilimizdə ipin ucu qaçmış olur.