Kristofer Nolanın Yeni Filmi "Tenet" Haqqında Yeni Faktlar!

25 May, 2019

Kristofer Nolanın (Christopher Nolan) Robert PattinsonCon Devid Vaşinqtonlu (John David Washington) yeni filminin "Tenet" adını daşıdığı və beynəlxalq bir casusluq hekayəsindən bəhs edəcəyi son məlumatlar arasındadır. Filmin aktyor heyətində Aaron Taylor-Johnson, Kennet Brana (Kenneth Branagh), Clémence Poésy, Dimple KapadiaMyakl Keyn (Michael Caine) də qatıldı.

Memento, The Dark Knight, Inception kimi filmləri film dünyasına qazandıran və öz dövrünün ən yaxşı rejissorları arasında göstərilən Kristofer Nolanın (Christopher Nolan) bu ilin əvvəlində açıqlama verilən yeni filmi üçün  hazırlıqlar davam edərkən, film haqqında yeni faktlar da ortaya çıxmağa davam edir. Variety’nin xəbərinə görə Nolan’ın yeni filmi "Tenet" adını daşıyır. “Tenet”, xüsusən dini və ya fəlsəfi bir mənada inanc anlamına gəlir. Ancaq filmin adının tam olaraq hardan götürüldüyü hələlik məlum deyil. “Tenet” məna ifadə edən bir sözdən başqa, xarakterlərdən birinin adı olması da mümkündür.

Sanki bir sir pərdəsi arxasında hazırlanan filmin mövzusu haqqında bilinənlər olduqca az olsa da, hazırlıq müddətinin irəliləməsi ilə yeni detallar ortaya çıxmağa davam edir. Variety’nin xəbərinə görə Nolanın yeni filmi beynəlxalq bir casusluq hekayəsini mövzu edən kəskin film olacaq. Buna baxılarsa uzun müddət bir James Bond filmin rejissoru olduğu danışılan Nolan, bunun yerinə öz casusluq hekayəsini çəkməyi seçmiş kimi görünür.

Nolan’ın yeni filmində baş rolları Robert Pattinson, Con Devid Vaşinqtonlu (John David Washington) və Elizabet Debikinin (Elizabeth Debicki) üstlənəcəyi bir müddət əvvəl ortaya çıxmışdı. Bugünkü gündə isə aktyor həyətinə qatılacaq digər aktyorların adı məlum oldu. Filmin aktyor heyətində Pattinson, Con Devid Vaşinqtonlu (John David Washington) və Elizabet Debikiyə (Elizabeth Debicki) Aaron Taylor-Johnsonla yanaşı, Kennet Brana (Kenneth Branagh), Clémence Poésy, Dimpl Kapadia (Dimple Kapadia) və artıq Nolan filmlərinin dəyişilməzliyi halına gələn Maykl Keyn (Michael Caine)  də iştirak edəcək.

Картинки по запросу Christopher Nolan’s New Film Casts Aaron Taylor-Johnson and Kenneth Branagh

Yeni filmi üçün 14 il sonra fərqli tərzdə çalışacaq olan Nolan, eyni zamanda filmin bəstələrini də son illərdə çalışdığı Hans Zimmer yerinə Lüdviq Yöranssona (Ludwig Göransson) əmanət edəcək. Lüdviq Yöransson, son dövrdə "Krid" (Creed), "Krid 2" (Creed II) və "Qara Bəbir" (Black Panther) kimi filmlərin musiqilərinə imza atması ilə tanınır.

Nolan’ın 70mm və IMAX kameralar istifadə edərək çəkəcəyi filmin çəkilişlərinə çox yaxında başlanması gözlənilir. Bu güne qədər paylaşılan her yeni detalla biraz daha həyəcan verici bir hal alan “Tenet”in, 17 iyul 2020-ci ildə premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər