Q.Oldmen və C.Albalı “Killers Anonymous”dən İlk Treyler Gəldi!

22 May, 2019

Keçən il qazandığı “Oskar” mükafatı ilə diqqətləri üzərinə çəkən Qari Oldmen (Gary Oldman) və “Dark Angel” serialının “Qızıl Qlobus”a namizəd ulduzu Cessika Albanın (Jessica Alba) baş rollarını paylaşdığı kəskin və qorxu dolu “Killers Anonymous”in ilk treyleri və posteri yayımlandı.

Похожее изображение

Filmde baş rol ikilisi ilə yanaşı Syüki Uoterhaus (Suki Waterhouse), Tommi Fleneqan (Tommy Flanagan), Myanna Buring, Michael Socha, Tim McInnerny, Sadie Frost, Rhyon Nicole BrownSam Hazeldine kimi istedadlı adlar iştirak edərkən, rejissor kürsüsündə oturan ad isə 2016-cı il istehsalı elmi-fantastik filmi “Let's Be Evil” ilə adından söz etdirən Martin Owendir.

Qatillərdən ibarət bir dəstək qrupu, ABŞ-lı senatora təşkil edilən sui-qəsd cəhdindən şübhəli adamları ortaya çıxarmaqla vəzifələndirilirlər və heç vaxt itirmədən bu sirli hadisəni həll etmək üşün işə atılırlar. Ancaq bir müddət sonra hadisənin heç də göründüyü kimi gerçəkləşmədiyi bilinir.




Qatillərdən ibarət komanda, sui-qəsdlə bağlı gerçəkləri üzə çıxardıqca özləri başqalarının hədəfi halına gəlir. İşləri ilə öz canlarını qoruma arasında sıxışıb qalan qrup, izlərinə düşənlərdən qurtulub, öldürmə əmrini verən gizli ittifaqların izinə düşmək məcburiyyətində qalır.  “Killers Anonymous”in Amerikada 28 iyun tarixində premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər