De Niro, T.L.Cons və M.Friman “Geriyə Dönüş Cığırı”nda Görüşəcəklər!

20 May, 2019

Film dünyasının peşəkar simalarından Robert De Niro, Tommi Li Cons (Tommy Lee Jones) və Morqan Friman (Morgan Freeman), kəskin və komediya janrlarını qarışdıran “Geriyə Dönüş Cığırı” (The Comeback Trail) üçün bir araya gəlir.

2013-cü ildə komediya filmi "Last Vegas"da birlikdə çalışan Robert De NiroMorqan Friman (Morgan Freeman), altı il sonra oxşar bir proyekt üçün yenidən bir araya gəlir. "Last Vegas"da Maykl Duqlas (Michael Douglas) və Alan Arkinlə birlikdə çalışan ikili, bu dəfə yanlarına bir digər peşəkar aktyor Tommi Li Consu (Tommy Lee Jones) da alır.


Картинки по запросу tommy lee jones films

Bu üç peşəkar aktyor George Gall-nun yazıb rejissoru olacağı “Geriyə Dönüş Cığırı”n (The Comeback Trail) baş rollarını üstlənəcək. Midnight RunBad Boys kimi sevilən kəskin-komediya janrda olan seriyaların senaristi olan Gall, eyni zamanda My Mom’s New Boyfriend, Middle MenColumbus Circle kimi filmlərin rejissoru olaraq tanınır.
De Niro filmdə bir mafiya başçısına (Freeman) borcu olduğu üçün çarəyi bir sığorta saxtakarlığı etməkdə tapan film prodüseri Max Barber’ı canlandırır. Sığortadan yüklü pul ala bilmək üçün saxta bir western filmi çəkməyə başlayıb, çəkilişlərin ilk günlərində baş rol aktyoru ölmüş kimi hərəkət etməyi planlayan Barber, bu rol üçün Duke Montana (Jones) ilə razılaşır. Ancaq bu fırıldaqçılıq Max və Duke’ü keşmiş xətalarını düzəltmək üçün bir yola aparınca, hadisələr gözlənilməz bir vəziyyətə gəlir.


Похожее изображение

Gall, 1982-ci il istehsalı ilə eyniadlı filmdən adaptasiya olunan “Geriyə Dönüş Cığırı”n (The Comeback Trail) ssenarisini Josh Posner ilə birlikdə qələmə alır. Çəkilişlərinə gələn ay New Mexico’da başlanacaq filmin prodüserliyini üstlənən Storyboard Media, gələn həftə 72-ci Kann Film Festivalında proyekti beynəlxalq sərmayəçilərə təqdim edəcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər