Conni Deppin (Johnny Depp) Yaponiyadakı kimyəvi tullantı skandalını üzə çıxarmağa çalışan müharibə fotoqrafı W. Eugene Smith’ə həyat verdiyi "Minamata"dan ilk kadrlar yayımlandı.
Conni Deppin (Johnny Depp) baş rolunda yer aldığı "Minamata", müharibə fotoqrafı W. Eugene Smith’in Yaponiyadakı civə zəhərlənmələrinin yan təsirini bütün dünyaya çatdırmaq üçün çıxdığı yolu mövzu götürür. Filmdə, Chisso Corporation adlı kimya şirkətinin 1932-1968-ci illər arasında kimyəvi tullantıları Minamata Körfəzinə boşaltması səbəbi ilə, sahil kənarında yerləşən şəhər sakinlərində görünməyə başlayan civə zəhərlənməsinin yan təsirlərini, Life jurnalı fotoqrafı olaraq aşkarlamaq istəyən W. Eugene Smith’in mübarizəsi göstəriləcək.
Müharibə fotoqrafı W. Eugene Smith rolunda izləyici qarşısına çıxmağa hazırlanan Depp, eyni zamanda filmin prodüserləri arasında da yer alır. Filmdə Conni Depplə (Johnny Depp) yanaşı, karyerasına Battle Royale’də canlandırdığı Keiko xarakteri ilə başlayan Minami Hinase və son olaraq The Kindness of Strangers’də Timofey rolunda oynayan Bill Nayi (Bill Nighy) iştirak edir.
W. Eugene Smith’in həyat yoldaşı Aileen Mioko’nun kitabından adaptasiya olunan filmin ssenarisini David K. Kessler qələmə alıb. Filmin rejissorluğunu isə Andrew Levitas üstünə götürüb. "Minamata", Levitas’ın 2014-cü ildə tamaşaçılarla görüşən ilk filmi Lullaby’ın ardından ikinci uzunmetrajlı filmi olacaq.
Filmin beynəlxalq satış və paylaşım haqlarını alan HanWay Films, 72-ci Kann Film Festivalinda, film üçün beynəlxalq sərmayəçilər axtarmağa davam edəcək. Filmin premyerası isə 3 sentyabr 2020-ci ilə planlaşdırılır.