Rami Malik "Little Things" Filmində Rol Ala Bilər!

16 May, 2019

"Bohemiya Rapsodiyası" (Bohemian Rhapsody) ilə "Ən Yaxşı Kişi Aktyoru" nominasiyasında “Oskar” mükafatını qazanan Rami Malik (Rami Malek), Denzel Vaşinqtonun (Denzel Washington) baş rolunda yer alacağı qorxu janrındakı Little Things filmində rol ala bilər.

Mr. Robot serialı ilə adını geniş kütlələrə tanıdan, keçən il Freddi Merkyuriyə (Freddie Mercury) həyat verdiyi "Bohemiya Rapsodiyası" (Bohemian Rhapsody) ilə "Ən Yaxşı Kişi Aktyoru" nominasiyasında “Oskar” mükafatını qazanan Rami Malik (Rami Malek), xüsusilə bu filmdən sonra prodüser ve rejissorların üstünlük verdiyi aktyorlar siyahısında üst sıralara yüksələn bir ad oldu. Hətta bu mövzudakı ilk addımını Keri Fukunaqanın (Cary Fukunaga) rejissor kürsüsünə oturduğu “Bond 25” ilə atdı və filmin mənfi xarakterini canlandırmaq üzrə komandaya qatıldı.

Картинки по запросу Rami Malek Joins Denzel Washington'

Bu aralar karyerasının qızıl dövrünü yaşayan aktyorun adı başka bir film üçün daha keçir. Deadline’ın xəbərinə görə Rami Malik (Rami Malek), Denzel Vaşinqtonun (Denzel Washington) baş rolunda yer alacağı qorxu janrındakı Little Things filmində rol ala bilər.

Little Things, silsilə qətllər törədən qatilləri tutmaq üşün Baxter adında bir detektivlə işləyən şerif köməkçisi Deke xarakterini əsas hədəf nöqtəsi götürür. Filmdə Denzel Vaşinqtonun (Denzel Washington), bir yandan keçmişindəki qaranlık bir sirrlə üzləşərkən, digər bir yandan da işindəki sıxıntılarla boğuşan Deke’ni canlandıracaq. Rolu qəbul etməsi təqdirdə Rami Malik (Rami Malek), Deke’in ortağı Baxter’a həyat verəcək.

Картинки по запросу Rami Malek Joins Denzel Washington'

Sandra Bullokun (Sandra Bullock) “Oskar” qazandığı The Blind Side ilə diqqət çəkən, son olaraq Kevin Kostner (Kevin Costner) və Vudi Harrelsonlu (Woody Harrelson) The Highwaymen filminə imza atan "Mister Benksi xilas etməli"nin (John Lee Hancock, Little Things) ssenarisini qələmə alır, filmin rejissor kürsüsünə oturur. Filmin çəkilişləri bu ilin sentyabr ayında başlayacaq. Bu vaxt, Rami Malikin (Rami Malek) “Bond 25”in çəkilişlərini qurtaracağı dövrə təsadüf edir. Yəni aktyorun filmdə rol alma ehtimalı getdikcə artır. Qarşıdakı günlərdə Rami Malikin (Rami Malek) filmdə yer alıb almayacağı haqqında açıqlama gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər