Liam Nisonun Yeni Filmi "The Minuteman" Olacaq!

14 May, 2019

Peşəkar aktyor Liam Nisonun (Liam Neeson) ulduzu olacağı yeni proyekti rəsmi olaraq açıqlandı. Keçən aylarda bütün dünyanın gündəminə damğasını vuran Liam Nisonun (Liam Neeson) yeni filminin adı “The Minuteman” olacaq. Kəskin janrdakı filmdən ilk detallar isə paylaşıldı.
Cold Pursuit filmi üçün verilən bir reportajında irqçiliklə bağlı açıqlamaları ilə dünyanın gündəminə yerləşən Liam Nisonun (Liam Neeson) yeni film proyekti artıq məlumdur.

Картинки по запросу Liam Neeson to Star in Action-Thriller ‘The Minuteman’

Tənqidçilər Nisonun karyerasının təhlükə altında olduğunu fikirləşirdi. Ancaq Nison karyerasına qaldığı yerdən davam edir. Ümumiyyətlə kəskin janrlı filmlərdə rol alan Nison, bu dəfə “The Minuteman” adlı kəskin janrda olan filmi üçün imza atdı. Filmin rejissor kürsüsündə Trouble With The Curve filminin rejissorluğunu üstlənən Robert Lorenz oturur. Bildiyimiz kimi, Lorenz True Crime, Space Cowboys, Mystic River kimi məşhur filmlərin prodüserliyini üstlənməsi ilə tanınır. The Minuteman'in ssenarisini qələmə alan adlar isə Danny Kravitz ilə Chris Charles olur. Baş rolunu Kinsey, "Şindlerin siyahısı" (Schindler's List), "Çarpışma" (The Grey), "Dullar" (Widows), Silence, Entourage, "Qəbiristanlıqda gəzinti" (A Walk Among The Tombstones), "Hava Marşalı"  (Non-Stop) kimi filmlərin ulduz aktyoru Liam Nisonun üstləndiyi filmin aktyor heyətində yer alacaq digər adlar hələ məlum deyil.

Картинки по запросу Liam Neeson

Kəskin janrdakı “The Minuteman”in Nisonun canlandıracağı təqaüdə çıxmış bir Vyetnam Müharibəsi qazisini mövzu edəcəyi, deyilənlər arasında yer alır. Müharibə qazisi adam, kartelin əlində olan kiçik bir uşağın həyatını qurtarmağa çalışacaq. Rəsmi olaraq qeyd olunduğu kimi, filmin çəkilişləri qarşıdakı sentyabr ayında New Mexico'da başlayacaq. “The Minuteman” filmi önümüzdəki həftə Kann Film Festivalında satışa çıxarılacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər