Kolin Fört “Operation Mincemeat” Filmində Rol Alacaq!

11 May, 2019


Peşəkar aktyor Kolin Fört (Colin Firth) və Shakespeare in Love, Proof, Miss Sloane filmlərinə imza atan Con Medden (John Madden), Ben Macintyre’ın eyniadlı romanından filmə adaptasiya olunacaq İkinci Dünya müharibəsi filmi Operation Mincemeat üçün bir araya gəlir.

"İngilis Pasiyenti" (The English Patient), Girl with a Pearl Earring filmləri ilə tanınan, Love Actually"Bricet Cons" (Bridget Jones) üçləməsi ilə romantik abu-havası ilə, "Kinqsmən" (Kingsman) seriyaları ilə kəskin janrlı film dünyasına girən peşəkar aktyor Kolin Fört (Colin Firth), Tom Ford’un ilk rejissorluq sınağı olan A Single Man ilə “Oskar”a namizəd olub, The King’s Speech filmindəki diqqətçəkici performansı ilə “Oskar” heykəlciyinə yaxınlaşmışdı. Filmoqrafiyasına fərqli janrdan proyektlər əlavə etməyə davam edən, bu aralar Sem Mendesin (Sam Mendes) yeni filmi 1917-ci ilin çəkilişləri ilə məşğul olan aktyorun növbəti filmi məlum oldu.

Картинки по запросу Colin Firth To Star In John Madden WWII Story ‘Operation Mincemeat’;

Kolin Fört (Colin Firth), 1998-ci il istehsalı Shakespeare in Love filmində birlikdə çalışdığı Con Meddenin (John Madden) yeni filmi "Operation Mincemeat"in baş rolunda yer alacaq. İkinci Dünya müharibəsi zamanından bəhs edən film, Ben Macintyre’in eyniadlı romanından filmə adaptasiya olunacaq.

Masters of Sex’in yaradıcısı Michelle Ashford‘un ssenarisini yazacağı film, kamerasını iki kəşfiyyat agenti Ewen MontaguCharles Cholmondeley’ə çevirir. 1943-cü ildə keçən film, Müttəfiqlərin planladıqları hücumun, dezinformasiya üsulu ilə qarşısını almağa çalışan bu iki agentin tətbiq etdikləri müharibə strategiyasından bəhs edəcək. Kolin Fört (Colin Firth), filmdə Ewen Montagu’ya həyat verəcək. Charles Cholmondeley’i kimin canlandıracağı hələ məlum deyil.



Miss Sloane’dan üç il sonra filmə geri qayıdan Con Meddenin (John Madden), film üçün “İkinci Dünya müharibəsi mövzusu baxımından, "Operation Mincemeat"in hekayəsi bənzərsiz və yüksək səviyyədədir. Michelle Ashford’un ssenarisinin romantik, həyəcan verici, həmçinin gülməli və olduqca təəccüb doğurandır” açıqlamasını verir.

Filmlə bağlı ön çalışmalara bu ilin sonunda başlanması gözlənilir. Mövzusu ilə maraq oyandıran film üçün hələ müəyyən edilmiş bir premyera tarixi yoxdur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər