“Disney”in Gözlənilən Filmlərinin Premyera Tarixi Açıqlandı!

10 May, 2019

Disney, Avatar’ın davam filmləri, yeni Star Wars  üçləməsi, West Side Story-nin yeni versiyası, Ad AstraThe New Mutants kimi maraqla gözlənilən filmlərinin premyera tarixlərini açıqladı. Həm yeni Avatar filmləri, həm də The New Mutants-ın premyerası yenidən dəyişdirildi.
20th Century Fox’u satın almasının ardından premyera təqvimində önəmli dəyişikliklər etməsi gözlənilən Disney, qarşıdakı illərdə filmsevərlərə təqdim olunacaq yeni filmlərinin premyera tarixlərini açıqladı.

Fox razılaşması ilə birlikdə, Ceyms Kemeron (James Cameron) imzalı Avatar seriyasının haqlarını da satın alan studiya, uzun müddətdir hazırlıq prosesində olan davam filmlərini yenidən ertələdi. İlk olaraq 2014-cü ildə premyerası olması planlanan “Avatar 2”, daha əvvəl dəfələrlə ertələnmiş və son edilən açıqlamada 2020-ci ildə premyerası olacağı qeyd edilmişdi. Ancaq Disney uzun müddətdir gözlənilən filmin premyera tarixini bir il daha ertələdi. “Avatar 2”nin yeni premyera tarixi 17 dekabr 2021-ci il olaraq açıqlandı. Eyni vaxtda çəkilən “Avatar 3” isə 22 dekabr 2023-cü ildə filmsevərlərlərin ixtiyarına veriləcək. Davam filmlərinin kassa gəlirində istənilən uğuru əldə etməsi vəziyyətində, seriyanın 4-cü və 5-ci filmləri də çəkiləcək və bu filmlərin də 2025 və 2027-ci ildə premyerası olacaq.

Картинки по запросу Disney Shuffles Release Dates Calendar Following Fox Acquisition

Bu il premyerası olacaq Star Wars: The Rise of Skywalker’dan sonra Star Wars filmlərinə bir müddət ara vermə qərarı alan Disney, hələ detalları açıqlanmayan yeni bir Star Wars üçləməsinin premyera tarixini açıqladı. Yeni üçləmənin ilk filmi 12 dekabr 2022-ci ildə, 2-ci filmi 20 dekabr 2024-cü ildə, 3-cü filmi isə 18 dekabr 2026-cı ildə izləyəcilərin ixtiyarına veriləcək.

Disney-Fox razılaşmasının ardından aqibəti naməlum qalan The New Mutants-ın gec də olsa premyerası olacaq. İlk olaraq 13 aprel 2018-ci ildə premyerası olması planlanan, ancaq premyerasına qısa bir müddət qalmış 20th Century Fox tərəfindən alınan sürpriz qərarla ertələnən The New Mutants-ın, 3 aprel 2020-ci ildə, yeni orijinal premyera tarixindən hardasa iki il sonra premyerası olacaq.

Картинки по запросу Disney Shuffles Release Dates Calendar Following Fox Acquisition

Disney tərəfindən ertələnən bir digər film də, Ceyms Qreyin (James Gray) Bred Pittin iştirakı ilə elmi-fantastik filmi “Ad Astra” oldu. İllər öncə ortadan itən atasının başına nə gəldiyini öyrənmək və planetimizin yaşamını təhlükə altına salan bir sirri araşdırmaq üçün Günəş sisteminin uzaq künclərinə səyahət edən bir astronomun hekayəsini danışan filmin, dünya premyerasını 72-ci Kann Film Festivalında edə biləcəyi danışılırdı. Ancaq post-prodakşn müddəti istənən müddətdə tamamlanmayınca, filmin Kannda göstərilmə ehtimalı ortadan qalxdı. Bu ilin diqqətçəkici proyektləri arasında yer alan “Ad Astra” ilə mükafat sezonunda təsirli olmaq istəyən Disney, filmin yeni premyera tarixini 20 sentyabr 2019-cu il olaraq müəyyən etdi.

Похожее изображение

Disney’in premyera tarixini açıqladığı bir digər proyektdə, Stiven Spilberq (Steven Spielberg) imzalı West Side Story yeni versiyası oldu. Fox razılaşması ilə Disney’ə keçən West Side Story, 18 dekabr 2020-ci ildə filmsevərlərə təqdim olunacaq.

Digər yandan bir müddətdir gündəmdə olan Gambit‘in Disney’in premyera təqvimində yer almaması diqqət çəkdi. X-Men komikslərinin sevilən xarakterlərindən Gambit’in solo filmi uzun müddət əvvəl açıqlanmış, ancaq həyata keçirilə bilməmişdi.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər