Cinsi istismarda ittiham olunmasının yenidən gündəmə gəlməsinin ardından, Amazon ilə razılaşması təxirə salınan Vudi Allenin (Woody Allen) son filmi “Nyu-Yorkda Yağışlı Gün”ün (A Rainy Day in New York) İtaliyada premyerası olacaq. Filmin premyerasının Venesiya Film Festivalında ola biləcəyi danışılır.
Bilindiyi kimi, Hollivudda film və televiziya sahəsindəki qadın-kişi bərabərliyini daha yüksək səslə dilə gətirən MeToo və Time’s Up hərəkətləri, Vudi Allen (Woody Allen) haqqındakı uzun müddətdir təcavüz skandallarını yenidən gündəmə gətirmişdi. 1992-ci ildə ögey qızı Dylan Farrow‘u hələ 7 yaşında ikən istismar etdiyi yönündəki ittihamlaıın yenidən gündəmə gəlməsinə səbəb olmuşdu. MeToo hərəkətinin gücü qarşısında əzilən, ona yönəldilən ittihamları dəfələrlə rədd edən Vudi Allen (Woody Allen), son filmi “Nyu-Yorkda Yağışlı Gün”ü (A Rainy Day in New York) premyerasının olmamasına səbəb oldu. Filmdə rol alan Rebekka Holl (Rebecca Hall) və Timoto Salame (Timothée Chalamet), Vudi Allen (Woody Allen) ilə çalışdıqları üçün peşman olduqlarını və filmdən qazandıqları pulu Time’s Up hərakatına verəcəklərini açıqladılar.
Prodüser şirkəti Amazon Studios isə gələn reaksiyalar nəticəsində, filmi müddətsiz olaraq rəfə qaldırdı və Allen ilə dört filmlik razılaşmayı da ləğv etdi. Bunun sonra Vudi Allen (Woody Allen), “Nyu-Yorkda Yağışlı Gün”ün (A Rainy Day in New York) premyerasına icazə vermədyi üçün, Amazon studiyasını, aralarındakı razılaşmayı ləğv etməsi səbəbi ilə 68 milyon dollarlıq təzminat üçün məhkəməyə verdi. Tərəflər arasındakı çatışmanın təsirinin artdığı bu ərəfədə, filmin Amerikadakı haqları FilmNation Entertainment şirkətinə keçdi. Yeni bir prodüser şirkəti tapan filmin Amerikada premyerasının olub olmayacağı sualı naməlum olaraq qalsa da, film çok maraqlı bir xəbərlə yenidən gündəmə gəldi.
Variety’nin xəbərinə görə “Nyu-Yorkda Yağışlı Gün”ün (A Rainy Day in New York), İtaliyada premyerası olacaq. Filmin İtaliyadakı paylayıcısı Lucky Red, filmin 3 oktyabrda premyerasını edəcək. Ancaq bu tarixdən əvvəl filmin premyerasını Venesiya Film Festivalında edə biləcəyinə dair söhbətlər dolaşırdı. Bundan əlavə filmin sadəcə İtaliyada deyil, bir çox Avropa ölkəsində prodüser şirkəti tapıb premyerasının ola biləcəyinə dair iddialar da mövcuddur.
Vudi Allenlə (Woody Allen) bağlı çıxan xəbərlər, filmin Avropadakı təqdimat macərasına hansı yöndə təsir göstərəcək? Tamaşaçılar bu mövzuda necə münasibət göstərəcək? Film, Venesiya Film Festivalında təqdim olunduğu halda hansı reaksiyalarla qarşılaşacaq? Bu və bunun kimi sualların cavabını öyrənməyimizə daha çox vaxtımız var kimi görünür.
Digər yandan Vudi Allenin (Woody Allen) yeni filmi üçün İspanya mərkəzli prodüser şirkəti Mediapro ilə razılaşdığını sözlərimizə əlavə edək. Avropanın ən önəmli müstəqil film-TV şirkətləri arasında yer alan Mediapro, Allenin yeni filminin prodüserliyini üstlənəcək. Hələ rəsmi bir açıqlama olmasa da filmin baş rollarında Xavyer Bardem (Javier Bardem) və İzabel Yupperin (Isabelle Huppert) yer alacağı danışılır.