Mett Rivzin (Matt Reeves) yazıb, rejissorluq edəcəyi “Betmən”in (The Batman) ssenarisinin tamamlanması uzadıldığı üçün çəkiliş tarixi yenidən dəyişdirildi. 25 iyun 2021-ci ildə premyerası olacağı açıqlanan filmin çəkilişlərinə 2020-ci ildə başlanması gözlənilir.
Cloverfield, Let Me In və "Meymunlar planeti: Müharibə" (War for the Planet of the Apes) kimi filmlərlə tanınan Mett Rivzin (Matt Reeves), uzun müddətdi gündəmdə olan yeni “Betmən” filmi üçün hazırlıqlarını davam etdirir. Ancaq filmin ssenari yazma proseduru gözləniləndən çox uzun davam edəcək kimi görünür. Uzun müddətdir ssenari üzərində çalışan Rivz, ilk hissəni keçən aylarda Warner Bros.’a təqdim etmiş və ssenarinin studiya tərəfindən təsdiq olunması ilə birlikdə istehsal müddəti sürət qazanmışdı.
Ssenarinin studiya tərəfindən təsdiqlənməsinin ardından 25 iyun 2021-ci ildə premyerası olacağı açıqlanan “Betmən”in (The Batman) çəkilişlərinə bu ilin sonunda başlanması planlanmışdı. Ancaq Variety yazarı Justin Kroll tərəfindən paylaşılan məlumatlar, çəkilişlərin bir dəfə daha ertələndiyini ortaya çıxardı. Kroll sosyal medyadan etdiyi açıqlamada ssenari üzərində çalışmaların hələ davam etdiyini və bu səbəbdən filmin çəkilişlərinə 2019-cu ilin payız ayları yerinə, 2020-ci ilin ilk yarısında başlanacağını qeyd etdi. Filmin çəkilişlərinin ertələnməsi “Betmən”i kimin canlandıracağını öyrənməmiz üçün bir müddət daha gözləməyimiz lazım olduğunu göstərir.
Collider’in xəbərinə görə ssenari yazma proseduru tamamlanmadığı üçün Mett Rivz (Matt Reeves) və Warner Bros. aktyor heyətinin seçimlərinə başlaya bilmədilər. Buna görə də sevilən qəhrəmana kimin həyat verəcəyi barəsində indiyə kimi gələn xəbərlərin, sadəcə şaiyədən ibarət olduğu görünür. Daha əvvəl çıxan xəbərlərdə rol üçün Ceyk Cillenhol (Jake Gyllenhaal), Aaron Teylor-Conson (Aaron Taylor-Johnson), Nikolas Holt (Nicholas Hoult) və Oskar Ayzek (Oscar Isaac) kimi simalar anılmışdı.
Rivz (Reeves) daha əvvəl verdiyi bir reportajında filmin bir Betmən hekayəsi olacağını və xarakterini dedektiv yönünü ön plana çıxaracağını açıqlamışdı. Ancaq bundan başqa filmlə bağlı bilinənlər hələlik olduqca azdır.