“Bir Dəfə Hollivudda” Filmi Kann Film Festivalında Yarışacaq!

04 May, 2019


Kventin Tarantinonun (Quentin Tarantino) yeni filmi “Bir dəfə Hollivudda”da (Once Upon a Time in Hollywood) 72-ci Kann Film Festivalının əsas yarışma bölməsində yer alacaq. Bundan əlavə Abdellatif Kechiche imzalı Mektoub, My Love: IntermezzoGaspar Noé’nin 50 dəqiqəlik ortametrajlı filmi Lux Æterna da festival proqramına əlavə olunub.
Bu il 14-25 may tarixləri arasında keçiriləcək 72-ci Kann Film Festivalının yaxınlaşması ilə birlikdə festival proqramında yer alacaq filmlərdə artık dəqiqləşdi. Festival proqramı keçən ay təşkil edilən mətbuat konfransı ilə açıqlanmış, qarşıdakı günlərdə bu filmlərə yenilərinin də əlavə olunacağı söylənmişdi.


Похожее изображение

Festival proqramına əlavə edilməsi gözlənən filmlərin başında isə Kventin Tarantino (Quentin Tarantino) imzalı “Bir dəfə Hollivudda” (Once Upon a Time in Hollywood) filmi gəlirdi. Tarantinonun 9-cu uzunmetrajlı filmi olan “Bir dəfə Hollivudda”nın (Once Upon a Time in Hollywood) dünya premyerasını Kannda etməsi uzun müddətdir danışılsa da, filmin post-prodakşn müddətinin gözləniləndən daha gec olması, filmin festivalda yer alıb almayacağına şüphə yaratmışdı. Ancaq Tarantino və komandası filmi Kanna çatdırmağı bacarıb.

Похожее изображение

72-ci Kann Film Festivalının müəyyən edilmiş bir baxış bölməsinə də iki yeni film əlavə olundu: Lorenzo Mattotti’nin Dino Buzzati’nin uşaq kitabından adaptasiya etdiyi animasiya filmi La famosa invasione degli orsi in Sicilia və Rusiyada baş verən bir eşq hekayəsi ilə uzun illər sonra böyük ekrana geri qayıdan Larissa Sadilovanın yeni filmi Odnazdhy v Trubchevske.

Картинки по запросу Once Upon a Time in Hollywood added to Cannes line-up

Son olaraq Xüsusi Baxış bölməsində göstəriləcək proyektlərə də dört yeni film əlavə olunduğu açıqlandı. Aktyor olaraq yer aldığı filmlərlə Kann Film Festivalına tez-tez baş çəkən və 2014-cü ildə festivalda jüri olaraq da iştirak edən Gael García Bernal‘ın 2-ci uzunmetrajlı filmi olan Chicuarotes, Patricio Guzmán‘ın Çilinin dünəninə və bugününə işıq tutan yeni sənədli filmi La Cordillera de los sueños, daha əvvəl The 11th Hour’da birlikdə çalışan Leila Conners ilə Leonardo DiKaprioyu yenidən bir araya gətirən iqlim dəyişikliyi sənədli filmi Ice on Fire və Amerikada AIDS xəstələrini müalicə edən ilk klinikada yaşananları göz önünə sərən Dan Krauss imzalı 5B, festivalda tamaşaçıların ixtiyarına veriləcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər